Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilib
25.09.2024 [19:49]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Kəlbəcər şəhərində keçirilib.
AZƏRTAC xəbər verir ki, Qərargahın rəhbəri sentyabr ayında Azərbaycan tarixində xüsusi əhəmiyyətli bir sıra hadisələrin baş verdiyini vurğulayaraq, bir il əvvəl sentyabrın 19-20-də Qarabağda həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin dövlət suverenliyinin tam bərpa edildiyini bildirib. Qeyd olunub ki, bu tarixi günün ildönümü ərəfəsində dövlətimizin başçısı tərəfindən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib.
İclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi dərin hörmətlə yad edilərək, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin Zəfərlə nəticələnməsinin uzaq keçmişdən davam edən ədalətsiz tarixi prosesə son qoyduğu və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açdığı iştirakçıların diqqətinə çatdırılıb.
Qərargahın rəhbəri bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər böyük quruculuq və bərpa dövrünü yaşayır. Dövlətimizin başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin hərtərəfli inkişafına nail olmaq məqsədilə bütün prioritet istiqamətlər üzrə çoxşaxəli işlər görülür.
İşğaldan azad edilmiş ərazilərdə müasir və səmərəli istehsal, ticarət və xidmət infrastrukturlarının yaradılması, sənaye potensialının reallaşdırılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində bir sıra tədbirlərin, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsinin, sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasının və kredit faizlərinin subsidiyalaşdırılmasının həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, cəmi 3 il ərzində Ağdam Sənaye Parkı rezident sayına görə ölkə sənaye parkları arasında ikinci yerdə qərarlaşıb.
Bununla yanaşı, dayanıqlı məskunlaşmanın təmin olunması üçün keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin kompleks şəkildə həlli və onların davamlı iqtisadi fəallığının təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirildiyi bildirilib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası, əhalinin məşğulluğunun və dayanıqlı məskunlaşmasının təmin edilməsi, ərazilərdə nəqliyyat infrastrukturunun qurulması, habelə bölgədə turizmin bərpası və inkişafı sahələri üzrə görülən işlər barədə məruzələr dinlənilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyi tərəfindən görülən və planlaşdırılan işlər barədə məlumatlar təqdim edilib.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlaqələndirmə Qərargahı qarşısında qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində Kəlbəcər rayonunun ərazisində görülmüş müvafiq işlərlə tanışlıq olub və bir sıra obyektlərə baxış həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

