/ / İcma: A.Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükə altında olması barədə bəyanatını kəskin şəkildə qınayırıq
İcma: A.Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükə altında olması barədə bəyanatını kəskin şəkildə qınayırıq
26.09.2024 [18:44]
Biz Qərbi Azərbaycan İcması olaraq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və rədd edirik. Nazir Mirzoyan həmin tədbirdə Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükə altında olduğunu iddia edərək, təxribat xarakterli bəyanat səsləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin qeyd olunur: "Böhtanla dolu bu bəyanat həm də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirdiyini göstərir. Ermənistan XİN başçısının "Dağlıq Qarabağ" ifadəsini işlətməsi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü ancaq sözdə tanıdığını nümayiş etdirir.
Ermənistanın həm öz ərazisində, həm də vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan mədəni irsini tamamilə və sistematik şəkildə məhv etdiyini nəzərə alsaq, bu ölkənin hazırda mədəni irs məsələsi ətrafında spekulyasiya aparması riyakarlığın təzahürüdür.
Ermənistan XİN rəhbərinin UNESCO missiyasının göndərilməsi çağırışına gəlincə, vurğulamalıyıq ki, belə bir missiya Azərbaycana deyil, məhz Ermənistana göndərilməlidir. Təəssüf ki, Ermənistanın imtinası səbəbindən hələ də bu ölkəyə UNESCO missiyası baş tutmayıb.
Biz Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməyi, bu ölkədə Azərbaycan xalqının mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO missiyasının oraya göndərilməsinə razılıq verməyi, dağıdılmış Azərbaycan abidələrinin bərpası, qorunması və mühafizəsi üçün zəruri tədbirlər görməyi tələb edirik".
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

