Meksika Prezidenti: Azərbaycanla əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlıyıq
02.10.2024 [21:34]
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaum Pardonun andiçmə mərasimində iştirak məqsədilə bu ölkəyə səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxt Mexiko şəhərinin parlament binasında keçirilmiş mərasimin ardınca tədbirdə iştirak edən xüsusi qonaqlarla Prezident Klaudiya Şeynbaum arasında keçirilən görüş zamanı nazir müavini E.Məmmədov iki ölkə arasında müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafına inandığını deyib.
Həmçinin bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına dəvəti ölkə rəhbərliyi adından xüsusi olaraq çatdırıb.
Prezident K.Şeynbaum Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunduğuna görə nazir müavininə təşəkkür edib, həmçinin Meksika ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Mərasimdə iştirak edən Meksikanın yeni xarici əlaqələr naziri Xuan Ramon de la Fuente ilə nazir müavini arasında söhbət zamanı iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının perspektivlərinə toxunulub.
Səfər çərçivəsində E.Məmmədov, həmçinin Meksika Senatının hazırkı sədri Xerardo Fernandes Noronya, daha sonra isə Meksika Deputatlar Palatasının sədri vəzifəsini icra edən Serxio Karlos Qutyerres Luna ilə görüşüb.
Nazir müavini keçmiş münaqişə dövründə Meksika hökumətinin və parlamentinin nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə, həmçinin Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımının tanınmasına görə təşəkkürünü bildirib, postmünaqişə dövründə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Səfər çərçivəsində E.Məmmədov, həmçinin Panamanın xarici işlər naziri Xavyer Martines-Aça Vaskez ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iqtisadi, nəqliyyat, alternativ enerji, humanitar və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edilib, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişafının əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

