“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin onuncu cildi çapdan çıxıb
12.01.2013 [18:15]
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi böyük sayda insan tələfatına səbəb olmuşdur və bu münaqişənin nəticəsində bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Həmçinin Avropa Şurasının ən başlıca prinsiplərindən biri - insan hüquqlarının qorunması prinsipi pozulmuşdur. Bir milyondan çox azərbaycanlı qaçqın-köçkünün insan hüquqları kobudcasına pozulmuşdur. Avropa Şurasının bu məsələyə dair mövqeyi bizdə böyük ümidlər yaradır. Avropa Şurası Parlament Assambleyasının yanvar ayında qəbul etdiyi qətnamə bu münaqişənin artıq qeyd etdiyim əsas nəticələrini aydın şəkildə əks etdirir. Ona görə də biz hesab edirik ki, bu qətnamənin yerinə yetirilməsi münaqişənin dinc yolla həllinə gətirə bilər və regionda davamlı sülhün bərqərar olunmasına zəmin yaradar”.
AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin onuncu cildindən - dövlətimizin başçısının Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2005-ci ilin mayın 16-da Varşavada keçirilən üçüncü zirvə görüşündəki çıxışından götürülüb.
Nəşrin buraxılışına məsul Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə nitqi, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri ilə görüşlərin materialları, XII Beynəlxalq “Xəzər neft-qaz, neftayırma və neft kimyası - 2005” sərgisinin açılışındakı çıxışı verilib.
Cilddə Prezident İlham Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Varşavada keçirilən III Zirvə görüşündə, Sankt-Peterburqda IX Beynəlxalq iqtisadi forumunda, Kiyevdə beynəlxalq investisiya forumunun “Fövqəladə Ukrayna dəyirmi masası”nın I geniş iclasında çıxışları, dövlət və hökumət başçıları, ictimai-siyasi xadimlərlə görüşləri, söhbətləri, KİV-ə verdiyi müsahibələr toplanıb.
Kitabda, həmçinin Prezident İlham Əliyevin regionların inkişafına, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə, Azərbaycan Ali Hərbi Məktəbinin məzunları ilə görüşünə dair materiallar, Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamı və respublikanın daxili həyatına aid digər mühüm sənədlər öz əksini tapıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
Onuncu cildə daxil olan materiallar 2005-ci ilin mayından iyununadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44

