Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XİN: Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır

XİN: Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır

14.10.2024 [16:11]

Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxda mina partlayışı nəticəsində 23 yaşlı şəxsin xəsarət almasına münasibət bildirib.

Yeniazerbaycan.com-un məlumatına görə, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, 2020-ci ildən ötən müddətdə 381 nəfər mina partlayışının qurbanı olub.

Paylaşımda həmçinin Ermənistan tərəfinin mina xəritələrini verməkdən imtina etməsinin adıçəkilən ölkənin sülh və münasibətlərin normallaşması prosesində iştirakı məsələsi ilə ziddiyyət təşkil etdiyi bildirilib.

Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31