/ / Samux rayonunda “Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Samux rayonunda “Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib
27.04.2026 [15:22]
Samux Rayon İcra Hakimiyyəti, YAP Samux rayon təşkilatı və Samux Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə rayonda “Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacıbədəlli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, YAP Samux rayon təşkilatının partiya fəalları,idarə, müəssisə və təşkilat rəhbərləri, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş qısametrajlı sənədli filmə baxıblar.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bildirib ki, akademik Zərifə xanım Əliyevanın elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. O qeyd edib ki, Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına dəyərli töhfələr verib.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanım elm üçün gözəl tədqiqatçı, ailəsi üçün isə qayğıkeş ana olub. O, Zərifə xanımın elmi-pedaqoji və ictimai fəaliyyətinin Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıb.
Samux rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacıbədəlli çıxışı zamanı Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edən fundamental əsərləri barədə geniş məlumat verib. O bildirib ki, məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elmi və göz xəstəlikləri üzrə tədqiqatlar sürətlə inkişaf edən sahələrdən birinə çevrilib.
Çıxış edən həkim Səadət Əkbərova qeyd edib ki, akademik Zərifə xanım Əliyevanı yaxından görmək və onunla ünsiyyətdə olmaq ona nəsib olub. O bildirib ki, Zərifə xanım yüksək peşəkarlığı, sadəliyi və insanlara xüsusi qayğıkeş münasibəti ilə seçilən, hər kəsin dərin hörmətini qazanan nadir şəxsiyyət idi. Səadət Əkbərova onunla bağlı xatirələrini bölüşərək, Zərifə xanımın həm böyük alim, həm də nəcib insan kimi yaddaşlarda əbədi yaşayacağını vurğulayıb.
Tədbirin sonunda Samux rayonunda səhiyyə sahəsində fərqlənən səhiyyə işçiləri Samux Rayon İcra Hakimiyyəti və YAP Samux rayon təşkilatı tərəfindən Fəxri fərmanla təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

