/ / Bahar Muradova: Qarabağ həqiqətlərinin daha çox beynəlxalq sənədlərdə əksini tapması danışıqlar prosesində istinad olunacaq sənədlərin çərçivəsini genişləndirir
Bahar Muradova: Qarabağ həqiqətlərinin daha çox beynəlxalq sənədlərdə əksini tapması danışıqlar prosesində istinad olunacaq sənədlərin çərçivəsini genişləndirir
26.01.2013 [14:22]
“Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanın öhdəlikləri ilə bağlı qəbul olunmuş hesabat ölkəmizin bu təşkilatla əməkdaşlığının nəticəsi kimi ortaya çıxan sənəddir. Dövlətimiz bu hesabatın hazırlanması üçün bütün imkanları yaradıb, ona münasibət bildirib, bu prosesdə konstruktiv müzakirələrin keçirilməsi üçün öz üzərinə düşən vəzifələri yerinə yetirib”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, hesabatdakı bəzi məqamlar müzakirə oluna və fərqli fikirlər söylənilə bilər. Onun sözlərinə görə, bununla belə həmin sənədi normal qarşılayırıq.
“Hesabat həmməruzəçilər tərəfindən aparılan uzunmüddətli monitorinqin, çoxsaylı səfərlərin, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri ilə keçirilən görüşlərin nəticəsi olaraq hazırlanıb. Ona görə də, biz qəbul olunmuş bu sənədi normal qarşılayırıq. Təbii ki, hesabatda ayrı-ayrı məqamlarla bağlı dövlətimizin öz mövqeyi var və bunu da ifadə edəcək” - deyə, vitse-spiker vurğulayıb.
Sənəddə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinin, yüzminlərlə insanın bu işğal nəticəsində məcburi köçkün vəziyyətinə düşməsinin əks olunmasının əhəmiyyətini qeyd edən B.Muradovanın sözlərinə görə, bu problem ətrafında vəziyyət elədir ki, onu gizlətmək mümkün deyil. Onun fikrincə, problemə aid həqiqətlər getdikcə, daha aydın görünməkdədir və bu da özünü beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə tapır.
“Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub, bir milyon insan qaçqın və köçkün vəziyyətindədir, maddi-mənəvi nemətlərimiz erməni silahlı qüvvələrinin tapdağı altındadır. Üstəlik də, erməni mətbuatı və ona dəstək verən beynəlxalq dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır və erməni lobbisi bütün uyğun məqamlarda Azərbaycanın qazandığı uğurlara kölgə salmaq və qarşımıza sədlər çəkməkdən ötrü bütün imkanlarından istifadə edirlər. Əlbəttə ki, həqiqətlər aşkar olunduqca, bu, Azərbaycanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır. Və Qarabağ həqiqətlərinin daha çox beynəlxalq sənədlərdə əksini tapması danışıqlar prosesində istinad olunacaq sənədlərin çərçivəsini genişləndirir. Eləcə də, bu təşkilatların özünün fəaliyyətində, onların tarixində əhəmiyyətli sənədlər kimi hesab olunacaq. Ona görə ki, onlar bu sənədlər vasitəsilə dolayısı da olsa, Dağlıq Qarabağ münaqişəsinə münasibətlərini bildirirlər. Bu, Azərbaycanın məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamlərindən irəli gələn vəzifələri həyata keçirmək tələbində istinad etdiyi mühüm sənədlər ola bilər. AŞPA-nın qəbul etdiyi hesabatda bizi narahat edən məqamların olmasına baxmayaraq, sənəddə Dağlıq Qarabağ problemi ilə əlaqədar həqiqətlərin əksini tapması müsbət haldır” - deyə, MM sədrinin müavini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

