Azərbaycan parlament nümayəndə heyəti Pakistanda səfərdə olub
14.02.2013 [01:35]
Xəbər verdiyimiz kimi Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 11-12-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) birinci iclasında iştirak etmək üçün Pakistanda səfərdə olub.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlar Əliağa Hüseynov, İlham Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.
Əvvəlcə toplantıda iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri İƏT PA-nın təsis sənədini imzalayıblar. Sonra təsis Konfransında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan altı ölkənin parlament rəhbərləri və bu təşkilatın baş katibi Şamil Ələsgərov çıxış ediblər. Çıxışlarda qarşılıqlı münasibətlərin inkişafı, üzv ölkələrin üzləşdiyi problemlər, regional münaqişələrin birlikdə həlli məsələləri diqqət mərkəzində olub.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxışında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana daim dəstək olmağın vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov İƏT PA-nın təsis edilməsini yüksək qiymətləndirib və əmin olduğunu bildirib ki, əsası qoyulan yeni beynəlxalq qurum ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafına, dövlətlərimiz arasında siyasi və iqtisadi əlaqələrin dərinləşməsinə, bölgəmizin zəngin potensialının gerçəkləşməsinə kömək göstərəcək. O.Əsədov qeyd edib ki, bu gün bəşəriyyət böyük sınaqlar və problemlər qarşısındadır. Bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. Başqa sözlə desək, dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmayıb. Müasir dünyanın dinamik inkişafı həyatın bir çox sahələrində hərtərəfli inteqrasiya ilə sıx bağlıdır.
Bütün bunlar beynəlxalq əməkdaşlığın mühüm bir formatını təşkil edən parlament diplomatiyasının roluna yeni məzmun verir. Ənənəvi diplomatiya mexanizmlərini tamamlayıb zənginləşdirən parlament diplomatiyası dövlətlər və xalqlar arasında dialoqun demokratik forumu və əməkdaşlığın səmərəli vasitəsi olduğunu artıq sübuta yetirib. Bu baxımdan 10 dövləti birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin parlament ölçüsünün yaradılması çox böyük əhəmiyyətə malik olan siyasi hadisədir: “Azərbaycan tərəfi olaraq biz İƏT PA-nın fəaliyyətinə böyük ümidlər bəsləyirik. Əminik ki, yeni Parlament Assambleyası açıq və konstruktiv dialoq və müzakirələr üçün faydalı, əhəmiyyətli bir forum rolunu oynayacaq, sülh, sabitlik, sosial-iqtisadi rifah kimi ümumi maraqlarımızın təşviq və təmin edilməsinə xidmət göstərəcək”.
Oqtay Əsədov vurğulayıb ki, yeni yaradılan Parlament Assambleyası bölgəmizdə mövcud olan dondurulmuş münaqişələrdən çıxış yollarının axtarılmasına da səmərəli xidmət etməlidir: “Bu mənada 20 ildən çox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə nizama salınması, yəni Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, daimi yaşayış yerlərindən zorla qovulmuş 1 milyon Azərbaycan vətəndaşının doğma yurdlarına qaytarılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi regional əməkdaşlığın inkişafı üçün tamamilə yeni perspektivlər açacaq”.
Sonra İslamabad şəhərində keçirilən İƏT PA-nın birinci ümumi yığıncağında tövsiyə xarakterli qərarlar qəbul edilib, təşkilatı məsələlərə baxılıb.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun toplantıda iştirak edən bir sıra parlamentlərin rəhbərləri ilə görüşləri olub. Pakistan İslam Respublikası Senatının sədri Seyid Nəyyar Hüseyn Buxari, Milli Assambleyasının sədri xanım Fehmida Mirzə, İran İslam Respublikası Parlamentinin sədri Əli Laricani və Pakistan İslam Respublikası Milli Assambleyasının sədr müavini Feysəl Kərim Kundi ilə görüşlərdə yeni təsis olunan İƏT PA-nın fəaliyyəti və perspektivləri, ölkələrimiz arasında o cümlədən, parlamentlərimiz arasında münasibətlərin və əlaqələrin daha da genişləndirilməsi, inkişaf etdirilməsi eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Bununla da Azərbaycan Parlament nümayəndə heyətinin Pakistana səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

