Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Rüstəm İbrahimbəyovun Azərbaycanla bağlı fikir söyləməyə haqqı yoxdur”

“Rüstəm İbrahimbəyovun Azərbaycanla bağlı fikir söyləməyə haqqı yoxdur”

06.03.2013 [00:36]

“Rüstəm İbrahimbəyovun Azərbaycanla bağlı fikir söyləməyə haqqı yoxdur. Çünki onun fikirləri bizim üçün əhəmiyyətsizdir”. Bu barədə Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
R.İbrahimbəyovun mətbautda dərc olunan məqaləsinə münasibət bildirən YAP İcra katibinin müavini onun Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı beynəlxalq qüvvələrə müraciət etməsinə dair fikirlərinin anormal olduğunu deyib.
“Rüstəm İbrahimbəyovun nə dediyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Onun dediklərinə nə Azərbaycanda reaksiya var, nə də beynəlxalq ictimaiyyətdə. Azərbaycan demokratik ölkədir, burada seçkiləri Azərbaycan hökuməti keçirir. O hansısa ölkə haqqında fikir bildirə bilər, amma Azərbaycanla bağlı belə fikir səsləndirmək doğru deyil. Onun belə fikirlər səsləndirməsi də anormaldır. Çünki onun bu cür fikirlər bildirməyə siyasi baxımdan haqqı yoxdur” - deyə, M.Qurbanlı bildirib.

Paylaş:
Baxılıb: 1091 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31