Zəfər tariximiz!
26.11.2024 [09:16]
Kəlbəcərin Ermənistanın işğalından azad edilməsindən dörd il ötür
Təxminən 30 il ərzində sərhəd tanımayan erməni vandalizminə şahidlik edən, dağıdılan, sərvətləri talanan şəhər və kəndlərimizin işğaldan azad olunduğu tarixlər hər bir azərbaycanlı üçün çox böyük məna kəsb edir. Bu, bizim şanlı tariximizdir və hər bir azərbaycanlı bu qəhrəmanlıq tarixi ilə qürur duyur. Noyabrın 25-də Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Dövlətimizin başçısının paylaşımında oxuyuruq: “Zəfər tariximiz - Kəlbəcərin Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.
İgid əsgər və zabitlərimizin qəhrəmanlığı
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi ilə bağlı iki mühüm məqamı xüsusilə vurğulamaq lazımdır. Birinci məqam Azərbaycanın hərbi uğurudur.
Otuz illik işğal faktı ilə barışmayan Azərbaycan düşmənin genişlənən təxribatlarının qarşısını almaqdan ötrü ədalətli müharibəyə başlamışdı. Torpaqlarımızı əbədi olaraq öz nəzarətlərində saxlamaq istəyən, hətta yeni ərazi iddiaları sərgiləyən düşmən cəzalandırılmalı idi və bunu da ordumuz layiqincə etdi. İgid əsgər və zabitlərimiz “Arxada Vətəndir!” deyib böyük bir coşqu ilə döyüşlərə atılırdılar. Rəsmi İrəvan tərəfindən də təsdiqlənən məlumata görə İkinci Qarabağ müharibəsi günlərində Ermənistan hərbi birləşmələrində 11 mindən çox fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə bir nəfər də fərarilik etməyib. Biz 44 gün ərzində XXI əsrin müharibəsini apardıq və qalib gəldik. Müharibə günlərində 300-dən çox yaşayış məntəqəsi bilavasitə döyüş meydanında işğaldan azad edildi.
Unikal siyasi-diplomatik uğur
Vətən müharibəsi ilə bağlı ikinci mühüm məqam Azərbaycanın unikal siyasi-diplomatik uğurudur. Bəhs olunan üçtərəfli bəyanatla məğlub Ermənistan üzərinə müəyyən öhdəliklər götürmüşdü. Həmin öhdəliklərə əsasən qarşı tərəf əvvəlcədən müəyyənləşdirilən cədvələ uyğun olaraq Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz geri qaytarmalı idi. Əvvəlcə Ağdam, sonda isə Laçın cədvəldə nəzərdə tutulan tarixlərdə geri qaytarılsa da, Ermənistan Kəlbəcərin boşaldılıb təhvil verilməsi üçün əlavə vaxt istədi.
Həmişə ədalət, humanizm mövqeyindən çıxış edən Azərbaycan öz ənənəsinə sadiq qalmaqla qarşı tərəfin istəyini təmin etdi. Bu humanizm jestinin əvəzində isə ermənilər növbəti dəfə özlərinin nankor xislətlərini ortaya qoydular. Belə ki, Kəlbəcərin boşaldılması zamanı ermənilər çoxsaylı təxribatlara əl atdılar - boşaltdıqları evləri yandırdılar, ərazilərə ən ağlagəməz yerlərdə minalar basdırdılar. Göz önündə bir rəzillik yaşanırdı. Bu gün separatçıların xaricdəki havadarları ermənilərin Azərbaycan ərazilərindən zorla çıxarıldıqları barədə hədyanlar uydururlar. Ancaq çoxsaylı foto və video materiallar belə hədyanların məqsədli şəkildə uydurulduğunu təsdiqləyir.
Kəlbəcərin 2020-ci il noyabrın 25-də bir güllə atılmadan Azərbaycana təhvil verilməsi qalib Azərbaycanın böyük siyasi-diplomatik uğuru idi. Ölkəmizin hərb meydanında qazandığı qələbələr diplomatik müstəvidə də təsdiqləndi.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

