Baş nazir Əli Əsədov Qahirədə D-8 təşkilatının 11-ci Zirvə görüşündə iştirak edib
19.12.2024 [17:39]
Dekabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi Baş nazir Əli Əsədovu və Zirvə görüşündə iştirak edən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarını qarşıladıqdan sonra birgə foto çəkdirilib.
Zirvə görüşündə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yekdil qərarı ilə Azərbaycan Respublikasının təşkilata üzv seçildiyi elan edilib.
Zirvə görüşündə çıxış edən Ə.Əsədov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8-in 2017-ci ildə İstanbulda keçirilmiş 9-cu Zirvə görüşündə iştirak edib.
Bugünkü Zirvə toplantısında Azərbaycan nümayəndə heyətinin iştirakının xüsusi tarixi əhəmiyyət daşıdığı bildirilərək, ölkəmizin D-8-ə üzvlüyü ilə bağlı qəbul edilən qərara görə təşkilatın üzv dövlətlərinə minnətdarlıq ifadə edildi.
Bildirildi ki, Azərbaycan təşkilatın təməl prinsiplərinin qorunmasına, D-8 çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinə yaxından töhfə verəcək.
Müasir toqquşmalar və siyasi gərginlik fonunda geniş regionumuzda təhlükəsizliyin və sabitliyin təmin edilməsinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib. Bu xüsusda, geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu ilə Azərbaycanın özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiq etdiyi vurğulanıb.
“Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rola malikdir”, - deyə Baş nazir bildirib.
O qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrliklə yanaşı, qlobal problemlərin həllinə öz töhfəsini verir.
“Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir”, - deyə Ə.Əsədov əlavə edib.
Dövlət və hökumət başçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. İşğal zamanı azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, ərazilərimizdə urbisid, kultursid və ekosidin törədilməsi, Azərbaycan xalqının mədəni və dini irsinin məhv edilməsi barədə sammit iştirakçılarına məlumat verilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, kənd və şəhərlərin tamamilə yenidən qurulduğu bildirilib. Qeyd edilib ki, yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirəcək.
Dünyada islamofobiya, ekstremizm və radikalizmin artdığı dövrdə, üzv dövlətlərinin əhalisinin ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən D-8 çərçivəsində İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb. Tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynamış və İslam dünyasının mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olmuş Azərbaycanın multikulturalizm, tolerantlıq mühitinin formalaşmasına, mədəniyyətlərarası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.
Suriyada baş verən son hadisələrə toxunan Baş nazir Əsəd rejiminin süqutundan sonra ölkədə sülhün və sabitliyin bərpa olunmasının və vətəndaş qarşıdurmasına son qoyulmasının mütləq dərəcədə vacib olduğunu qeyd edib. Azərbaycanın Suriyanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi bildirilərək bütün məsələlərin Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacağına ümidvarlıq ifadə edilib. Vurğulanıb ki, Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək, bu məsələdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmaslar davam etdirilməkdədir.
Bildirilib ki, müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verəcək.
Zirvə görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirdəki səfirimiz Elxan Poluxov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 23:47
İdman
20 Yanvar 23:31
Xəbər lenti
20 Yanvar 23:15
Siyasət
20 Yanvar 22:54
Dünya
20 Yanvar 22:35
Gündəm
20 Yanvar 22:34
Dünya
20 Yanvar 22:32
Dünya
20 Yanvar 22:19
İdman
20 Yanvar 21:57
Xəbər lenti
20 Yanvar 21:36
Elm
20 Yanvar 21:14
Gündəm
20 Yanvar 21:01
Dünya
20 Yanvar 20:52
İdman
20 Yanvar 20:36
Xəbər lenti
20 Yanvar 20:14
İdman
20 Yanvar 19:51
Xəbər lenti
20 Yanvar 19:34
Xəbər lenti
20 Yanvar 19:15
Xəbər lenti
20 Yanvar 19:06
Xəbər lenti
20 Yanvar 18:47
Sosial
20 Yanvar 18:17
Xəbər lenti
20 Yanvar 18:16
YAP xəbərləri
20 Yanvar 18:15
YAP xəbərləri
20 Yanvar 18:12
YAP xəbərləri
20 Yanvar 18:11
YAP xəbərləri
20 Yanvar 18:10
YAP xəbərləri
20 Yanvar 18:08
Xəbər lenti
20 Yanvar 18:01
Dünya
20 Yanvar 17:55
Sosial
20 Yanvar 17:49
Xəbər lenti
20 Yanvar 17:24
Dünya
20 Yanvar 17:13
Sosial
20 Yanvar 16:46
Sosial
20 Yanvar 16:25
İqtisadiyyat
20 Yanvar 15:54
Xəbər lenti
20 Yanvar 15:21
İqtisadiyyat
20 Yanvar 14:53
Siyasət
20 Yanvar 14:31
Xəbər lenti
20 Yanvar 14:07
Siyasət
20 Yanvar 14:01
Xəbər lenti
20 Yanvar 13:51
İqtisadiyyat
20 Yanvar 13:50
Sosial
20 Yanvar 13:42
YAP xəbərləri
20 Yanvar 13:01
Siyasət
20 Yanvar 12:45
Gündəm
20 Yanvar 12:08
Sosial
20 Yanvar 12:05
Siyasət
20 Yanvar 11:49
Hadisə
20 Yanvar 10:53
Dünya
20 Yanvar 10:49
Dünya
20 Yanvar 10:38
Xəbər lenti
20 Yanvar 10:33
Dünya
20 Yanvar 10:31
Siyasət
20 Yanvar 10:22
Xəbər lenti
20 Yanvar 10:17
İqtisadiyyat
20 Yanvar 10:16
Elm
20 Yanvar 10:08
Gündəm
20 Yanvar 09:57
Dünya
20 Yanvar 09:51
Dünya
20 Yanvar 09:34
Sosial
20 Yanvar 09:13
Xəbər lenti
20 Yanvar 08:51
Gündəm
20 Yanvar 08:33
Dünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23