İcma: Paşinyanın “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır
20.12.2024 [10:22]
Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” mətbuat orqanına 2024-cü il dekabrın 19-da verdiyi müsahibəsində Ermənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə və Qərbi Azərbaycan məsələsinə dair bir sıra zərərli və həqiqətə uyğun olmayan fikirlər səsləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda daha sonra deyilir ki, “Baş nazirin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır. Vurğulamaq lazımdır ki, azərbaycanlıların əsrlərlə yaşadığı və Ermənistan tərəfindən total etnik təmizləməyə məruz qaldığı keçmiş İrəvan xanlığı, Zəngəzur və digər bölgələri əhatə edən “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən bir termindir.
Qərbi Azərbaycan İcması qayıdış hədəfinə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaq üçün çalışır. Bu baxımdan, İcmanın Ermənistan hökumətinə rəsmi şəkildə müraciət edərək dialoq təklif etməsi xüsusilə qeyd edilməlidir. Ermənistan hökuməti tərəfindən etnik təmizləmə, ayrı-seçkilik, mülkiyyət və digər hüquqlarının pozulmasına məruz qalmış Qərbi azərbaycanlıların ilk addımı ataraq dialoqa təşəbbüs etməsi onların barışıq və sülh yolunu tutduğunu göstərir. Ermənistan hökumətinin İcmanın dialoq təklifini cavabsız qoyması isə təəssüf doğurur.
Apardığı silahlanma siyasətini suveren seçim kimi izah etməyə çalışan N.Paşinyana xatırlatmaq istərdik ki, revanşist və radikal ideologiyanın dərin kök saldığı Ermənistan hərbi güclə məsuliyyətlə davranmağı bacarmır. Bu və Ermənistanın aqressiv keçmişi nəzərə alınmaqla onun sərbəst şəkildə silahlanmasına yol vermək olmaz.
N.Paşinyanın Ermənistan Konstitusiyasında əks olunmuş ərazi iddiasını aradan qaldırmaqdan imtina etməsi, hələ bu azmış kimi guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının yer almasını bildirməsi onun sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını göstərir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən qayıdış hüququna hörmət etməyi, silahlanma siyasətinə dərhal son verməyi və ərazi iddiasını əsas sənədlərindən çıxarmağı tələb edir”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43

