Milli Məclisin iclasında...
21.12.2024 [12:46]
Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz edən millət vəkilləri ölkəmizin D-8-ə qəbul olunmasını yüksək qiymətləndiriblər
Dekabrın 20-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 11 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova parlamentin nümayəndə heyətinin Türkiyəyə səfərinin yekunları barədə məlumat verib.
Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Deputat Azər Badamov bildirib ki, İsveçrə parlamentinin aşağı palatasında qəbul olunmuş anti-Azərbaycan çağırışından sonra Avropa Parlamenti də əsassız qarayaxmalarla dolu anti-Azərbaycan və islamofob bir qətnamə qəbul edərək ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərini davam etdirməkdədir. Onun sözlərinə görə, Fransa və erməni lobbisinin təsiri altına düşmüş Qərbi narahat edən əsas məsələ Azərbaycanın öz ərazilərinin suverenliyi təmin etməsi, müstəqil siyasət yürütməsi, COP29 kimi böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir: “Əslində, Avropa Parlamentində bir azca ədalət olsaydı, ilk növbədə Avropanın mərkəzində yerləşən Fransada diktaturadan, Makron hakimiyyətinin XXI əsrdə davam etdirdiyi neokolonizm siyasətindən və ada dövlətlərində yaşayan xalqların təməl hüquqlarının kobudcasına tapdalamasından danışardı. Qərbin ölkəmizə qarşı siyasi təzyiq cəhdləri davam etdirildiyi bir gündə Azərbaycanın Qahirədə keçirilən (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının samittində bu təşkilatın üzvlüyünə qəbul edilməsi çox əlamətdar hadisədir. Dünya müsəlmanlarının 60 faizini, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15 faizini birləşdirən 4 trilyon dollar ÜDM -ə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq”.
Millət vəkili Ceyhun Məmmədov da çıxışında Azərbaycanın D-8-ə qəbul edilməsinin bu quruma güc qatacağını qeyd edib. Onun sözlərinə görə, bu gün Azərbaycan ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müsəlman dünyasının lider dövlətlərindən birinə çevrilib. Azərbaycan müsəlman dünyasını narahat edən hər bir məsələyə həssas yanaşır. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Suriyada baş verən son proseslərlə bağlı Türkiyə Prezidenti ilə danışması, Azərbaycanın Suriya xalqına humanitar yardım göstərməyə hazır olmasını ifadə etməsi bu fikri bir daha təsdiq edir. Bu gün Azərbaycan müsəlman ölkələrinə qarşı həyata keçirilən ikili standartlara, ədalətsizliyə öz münasibətini açıq bildirən azsaylı ölkələrdəndir.
Azərbaycanın D-8-ə üzvlüyünü təqdir edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı Bəyannaməsi imzalanmasını təklif edib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də D-8 təşkilatına üzv olmaq münasibətilə təbriklərini çatdırıb və Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də zəruri sayıb.
Çıxış edən digər deputatlar da aktual mövzularla bağlı fikirlərini bildiriblər.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişikliklər üçüncü oxunuşda qəbul olunub. Sonra “Diplomatik xidmət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.
Millət vəkilləri Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər layihəsini də ikinci oxunuşda qəbul ediblər. Gündəlikdə olan digər sənədlər də müzakirə edilərək təsdiqlənib.
Sonda spiker Sahibə Qafarova Milli Məclisin növbəti plenar iclasının dekabrın 27-də keçiriləcəyini deyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

