İki strateji tərəfdaş ölkə...
25.12.2024 [10:25]
Azərbaycanla Serbiya arasında əlaqələr yüksək səviyyədədir
Azərbaycanın qarşılıqlı etimada əsaslanan münasibətlər qurduğu dövlətlər sırasında Serbiya xüsusi yer tutur. Azərbaycanla Serbiya arasında əməkdaşlıq son illər daha yüksək səviyyəyə çatıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ölkəyə işgüzar səfəri zamanı da qarşılıqlı əlaqələrin inkişafı müsbət dəyərləndirilib.
Qeyd edək ki, Azərbaycanın XİN başçısı səfər çərçivəsində Serbiyanın Prezidenti Aleksandar Vuçiçlə görüşüb. Görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Görüşdə, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.
Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç COP29 çərçivəsində Azərbaycan Prezidenti
İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
C.Bayramov bu ölkənin Baş naziri Milos Vuçeviçlə də görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. C.Bayramov Azərbaycan və Serbiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli səfər və təmasların əhəmiyyətini qeyd edib, bu sahədə mövcud dinamikanın qorunmasının vacibliyi vurğulanıb.
İki ölkə arasında xüsusilə iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib platforma olduğu qeyd edilib. Energetika sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, münasibətlərin perspektivlərinə toxunulub. Alternativ enerji istehsalı və ixracı sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib. Ölkəmizin “yaşıl enerji” istehsalı sahəsində potensialı barədə məlumat verilib. Bununla yanaşı, ölkələrimiz arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsinə, bu xüsusda birbaşa hava nəqliyyatı əlaqələrinin yaradılmasına qarşılıqlı maraq ifadə olunub. Bu il ölkəmizdə keçirilmiş COP29 tədbirinin nəticələri barədə ətraflı məlumat təqdim olunub, iqlim diplomatiyası sahəsində birgə səylərin vacib olduğu diqqətə çatdırılıb. Expo-2027 tədbirinin ölkələrimiz arasında əlavə əməkdaşlıq imkanları yaradacağına dair əminlik ifadə edilib.
C.Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.
Səfər çərçivəsində Azərbaycanın XİN başçısı Serbiyanın Milli Assambleyasının sədri Ana Brnabiçlə də görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri və iki ölkə arasında parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib. Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq, ikitərəfli əsasda, o cümlədən beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacib olduğu qeyd edilib. Bu xüsusda, eyni zamanda, ölkələrimizin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işi təqdir olunub.
Azərbaycan tərəfinə, Serbiyanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi birmənalı dəstəyə görə təşəkkür edilib, Serbiyanın ölkəmizlə qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafından məmnunluq duyduğu diqqətə çatdırılıb. Beynəlxalq təşkilatlarda, BMT-də və Avropa Şurasında qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.
C.Bayramov bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə qarşı tərəfi məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması və digər istiqamətlərdə əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.
Serbiyanın “Expo 2027” tədbirinə hazırlıq işlərində uğurlar arzulanıb, bu tədbirin Serbiyanın artan əhəmiyyətinin göstəricisi olduğu vurğulanıb. Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
15 Yanvar 19:13
Siyasət
15 Yanvar 18:08
YAP xəbərləri
15 Yanvar 17:51
YAP xəbərləri
15 Yanvar 17:50
YAP xəbərləri
15 Yanvar 17:49
YAP xəbərləri
15 Yanvar 17:48
YAP xəbərləri
15 Yanvar 17:47
YAP xəbərləri
15 Yanvar 17:45
YAP xəbərləri
15 Yanvar 17:44
YAP xəbərləri
15 Yanvar 17:43
YAP xəbərləri
15 Yanvar 17:41
YAP xəbərləri
15 Yanvar 17:39
YAP xəbərləri
15 Yanvar 17:38
YAP xəbərləri
15 Yanvar 17:37
YAP xəbərləri
15 Yanvar 17:34
YAP xəbərləri
15 Yanvar 17:32
YAP xəbərləri
15 Yanvar 17:15
Gündəm
15 Yanvar 17:12
Dünya
15 Yanvar 16:31
Sosial
15 Yanvar 16:12
Dünya
15 Yanvar 15:48
Sosial
15 Yanvar 15:42
Xəbər lenti
15 Yanvar 15:30
Dünya
15 Yanvar 14:53
YAP xəbərləri
15 Yanvar 14:47
Sosial
15 Yanvar 14:45
YAP xəbərləri
15 Yanvar 14:42
Dünya
15 Yanvar 14:41
Dünya
15 Yanvar 14:37
Sosial
15 Yanvar 14:19
Elm
15 Yanvar 14:15
Gündəm
15 Yanvar 13:48
Dünya
15 Yanvar 13:25
Gündəm
15 Yanvar 13:11
Sosial
15 Yanvar 12:46
Dünya
15 Yanvar 12:33
Dünya
15 Yanvar 12:31
Sosial
15 Yanvar 12:12
Dünya
15 Yanvar 12:11
Sosial
15 Yanvar 12:06
İqtisadiyyat
15 Yanvar 11:54
Siyasət
15 Yanvar 11:45
Dünya
15 Yanvar 10:59
İqtisadiyyat
15 Yanvar 10:58
Sosial
15 Yanvar 10:56
Sosial
15 Yanvar 10:54
Hadisə
15 Yanvar 10:53
İqtisadiyyat
15 Yanvar 10:53
Analitik
15 Yanvar 10:51
Sosial
15 Yanvar 10:49
İqtisadiyyat
15 Yanvar 10:41
Gündəm
15 Yanvar 10:33
Gündəm
15 Yanvar 10:24
MEDİA
15 Yanvar 10:17
Gündəm
15 Yanvar 10:15
Dünya
15 Yanvar 09:53
Analitik
15 Yanvar 09:37
Analitik
15 Yanvar 09:15
Sosial
15 Yanvar 08:58
Sosial
15 Yanvar 08:34
Elm
14 Yanvar 23:54
İdman
14 Yanvar 23:35
Dünya
14 Yanvar 23:14
Siyasət
14 Yanvar 22:53
Mədəniyyət
14 Yanvar 22:39
Elm
14 Yanvar 22:17
Elm
14 Yanvar 21:57
Dünya
14 Yanvar 21:34
İdman
14 Yanvar 21:18
Dünya
14 Yanvar 20:58