Dövlət siyasətinin mühüm istiqamətlərindən biri - dinlərarası dialoq
07.01.2025 [09:41]
Yüksək tolerantlıq mühitinə malik olan Azərbaycanda etiqad azadlığı təmin edilir, insanların inanclarına dərin hörmətlə yanaşılır. Ölkəmizdə hər il müqəddəs Milad bayramının qeyd olunması da bunun əyani təsdiqidir. Hər zaman dünyaya multikulturalizm çağırışları edən Prezident İlham Əliyev bu müqəddəs bayram münasibətilə pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Azərbaycanın bütün xristian icmasına xoş arzularını çatdıran dövlətimizin başçısı təbrik məktubunda ölkəmizin nümunəvi multikultural mühitinə diqqət çəkib.
Azərbaycanın nümunəvi tolerantlıq mühiti
Yaşıl çəmənlər rəngarəng çiçəkləri ilə cəlbedici olduğu kimi, dünya da xalqların müxtəlif adət-ənənələri, inancları, fəqli məişət tərzləri, həyata baxışları ilə gözəldir. Bu rəngarəngliyi qorumaq və gələcək nəsillərə ötürmək lazımdır. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir xalqa, hər bir icmaya özünün inanclarını davam etdirməsinə şərait yaradılmalıdır. Lakin təəssüf doğuran haldır ki, hazırda dünyamızın mənzərəsi məhz bu cəhətdən ciddi narahatlıq doğurur. Bəşəriyyətin yüksək inkişaf səviyyəsinə çatdığı XXI əsrdə sayrı-ayrı ölkələrdə dini-mədəni müxtəlifliyə dözümsüz yanaşmalar getdikcə atır.
Dünyadakı belə kədərli mənzərə fonunda Azərbaycan tolerantlıq baxımından nümunəvi bir məkan kimi diqqət mərkəzinə gəlir. Hazırda dünyada İlham Əliyev kimi tolerantlıq ideyalarının qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə səmimi şəkildə çağırışlar edən liderlərin sayı elə də çox deyil. Ölkəmizin hər cəhətdən nümunəvi olan multikultural mühitinə diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir”, - deyə vurğulayıb.
Hər kəs eyni hüquq və azadlıqlara malikdir
Azərbaycan çoxkonfessiyalı cəmiyyətə malikdir. Ölkəmizdə əhalinin böyük əksəriyyəti müqəddəs İslam dininə etiqad bəsləyir. Eyni zamanda, respublikamızda digər dinlərə də böyük hörmət bəslənilir. Azərbaycanda multikulturalizm tarixdən gələn bir ənənədir və bu gün də qorunub saxlanılır. Prezident İlham Əliyevin bildirdiyi kimi, nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir.
O cümlədən xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadırlar. Pravoslav xristian icmasının hər il yanvarın 7-də ənənəvi olaraq Milad bayramını təntənəli şəkildə qeyd etməsi bunun daha bir təsdiqidir. Milad bayramı yanvarın 6-dan başlayır. Pravoslavlara görə bu, 40 günlük orucun son günüdür. Milad orucu 12 yağsız yeməyin düzüldüyü və onların hər birindən dadılması zəruri sayılan şam süfrəsi ilə bitir: yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və artıq əsl bayram ziyafəti təşkil etmək olar.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

