/ / Vüqar Əliyev: Azərbaycanda söz azadlığı ilə insan haqları arasında balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir
Vüqar Əliyev: Azərbaycanda söz azadlığı ilə insan haqları arasında balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir
03.05.2013 [13:19]
Azərbaycanda söz azadlığı ilə insan hüquqları arasında balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində dünən “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
V.Əliyev qeyd edib ki, demokratik cəmiyyətdə söz azadlığının əhatəsi genişdir və demokratik cəmiyyətin vəzifəsi ondan ibarət olmalıdır ki, insan hüquqları ilə söz azadlığı arasında sərhədi tapsın və müəyyənləşdirsin ki, söz azadlığı insanların hüquqlarını pozmasın, eyni zamanda, söz azadlığı prinsipləri pozulmasın.
“Azərbaycanda bu balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan hökuməti dünyəvi dəyərlərə əsaslanan qanunvericilik aktlarının xüsusiyyətlərini, Azərbaycan xalqının, Azərbaycanın yerləşdiyi regionun xüsusiyyətlərini nəzərə alır”, - V.Əliyev deyib.
O qeyd edib ki, Azərbaycan dövlətinin söz azadlığının təmin olunması istiqamətində praktiki addımları 1995-ci ildən, yəni Azərbaycan Konstitusiyası qəbul olunduğu vaxtdan atılmaqdadır.
Söz azadlğı prinsipinin bu Konstitusiyada öz əksini tapdığını deyən V.Əliyev bu istiqamətdə atılan praktiki addımlardan danışaraq qeyd edib ki, 1998-ci ildə senzura ləğv edildi, 1999-cu ildə KİV-lər haqqında qanun qəbul olundu, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, 2003-cü ildə mətbuat özü öz şurasını formalaşdırdı və özünütənzimləmə prosesinə keçdi, 2005-ci ildə isə “İnformasiya əldə etmək haqqında” qanun qəbul olundu və dövlət orqanlarının səffaflığının təmin olunması üçün addımlar atıldı.
O, həmçinin vurğulayıb ki, 2008-ci ildə qəbul olunan KİV-lərə dövlət dəstəyi konsepsiyasının da əsas məqsədi ondan ibarət idi ki, KİV-lər sahəsində, söz azadlığı sahəsində olan problemlərə dövlət konseptual şəkildə yanaşsın və bunları həll etsin.
Sektor müdiri informasiya cəmiyyətinin əsas prinsipləri haqqında da danışıb.
“Bu gün biz qloballaşma dövründə yaşayırıq, informasiya cəmiyyəti qururuq və informasiya cəmiyyətinin əsas prinsiplərindən biri odur ki, müxtəlif KİV-lər vasitəsilə əldə etdiyimiz informasiya fərddən, ailədən tutmuş cəmiyyətə kimi böyük bir kütləni idarə edir. İnformasiya ictimai fikri formalaşdırır, yəni informasiyanın cəmiyyətə təsiri qlobal baxımdan mühüm rol oynayır”, - V.Əliyev deyib.
O vurğulayıb ki, informasiya cəmiyyətinin əsas parametrlərindən biri də yeni və köhnə media arasında transformasiya prosesini həyata keçirməkdir.
V.Əliyev qeyd edib ki, müasir texnologiyaların inkişafından istifadə edərək media özünə yeni forma, yeni məzmun və yeni istiqamətlər müəyyənləşdirərək öz fəaliyyətini bu istiqamətdə qurmalıdır.
“Bütün bunlar hamısı cəmiyyət üçün informasiya təhlükəsizliyinin vacib məsələlərindən biridir. Bu gün informasiya təhlükəsizliyinin təmin edilməsi təkcə dövlətin vəzifəsi deyil, eyni zamanda, vətəndaş cəmiyyətinin, QHT-lərin, jurnalistlərin, KİV-lərin burada xüsusi rolu var. Çünki jurnalist eyni zamanda vətəndaşdır və bir vətəndaş kimi də onun dövlətçilik hissi, milli şüuru, vətəndaş təəssübkeşliyi olmalıdır”, - V.Əliyev bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

