Moldova parlamentinin üzvü: Qanlı Yanvar Azərbaycan tarixinin dönüş nöqtəsidir
21.01.2025 [20:18]
1990-cı il yanvarın 20-si Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin soyuq yanvar gecəsində iğtişaşların qarşısını almaq, Konstitusiya quruluşunu qorumaq adı ilə sovet qoşunları Bakıya daxil oldu. Əslində, bu hərbi işğalın məqsədi azərbaycanlıların azadlıq, suverenlik və milli kimliyinin qorumaq istəyindən irəli gələn vətəndaş etirazlarını yatırtmaq idi.
Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot bildirib.
O, həmin vəhşi əməliyyatda desant və tank bölmələri də daxil olmaqla 26 mindən çox hərbçinin iştirak etdiyini vurğulayıb: “Fövqəladə vəziyyət elan edilmədən şəhərə texnika gətirildi və çoxlu sayda mülki vətəndaşın ölümü ilə nəticələnən toqquşmalar başladı”.
“Rəsmi məlumatlara görə, həmin faciəvi gecədə 147 nəfər ölüb, 700-dən çox insan yaralanıb, onlarla insan itkin düşüb. Ölənlər arasında təkcə fəallar deyil, sadə vətəndaşlar, qadınlar, uşaqlar, tibb işçiləri və jurnalistlər də var. Sadəcə olaraq dinc yaşamaq, səsinin eşidilməsi və öz müqəddəratını təyin etmək hüququna malik olmaq istəyən insanlar haqsız və qəddar zorakılığın qurbanına çevrildilər. Həmin hadisələr xalqın yaddaşında silinməz iz buraxmaqla yanaşı, onun azadlıq və suverenlik əzmini də gücləndirdi. Bu qurbanlar azadlıq və müstəqillik arzusunun rəmzi oldu və hamımıza azad olmaq hüququ üçün bəzən ödənilməli olan yüksək qiyməti xatırlatdı. Azərbaycan xalqı üçün həmin gecə nəinki böyük faciənin, həm də sarsılmaz azadlıq iradəsinin rəmzinə çevrildi. Ağrı və itkilərə baxmayaraq, Qanlı Yanvar milli birliyi möhkəmləndirdi, müstəqillik əldə etmək prosesini sürətləndirdi”, - deyə moldovalı deputat qeyd edib.
Bununla belə, deputat hesab edir ki, belə faciələrin təkrarlanmaması çox vacibdir. Qanlı Yanvar qurbanlarının xatirəsi azadlığın qiymətini, insan hüquqlarını və sülhü müdafiə etməyin zəruriliyini xatırlatmalıdır.
“Bu gün otuz ildən çox vaxt keçsə də biz görürük ki, Azərbaycan xalqı həmin çətin günlərdən necə çıxa bilib, milli kimliyini qoruyub saxlayaraq güclü dövlət qurub. Bu, ruhlandırıcıdır və hamımıza xatırladır ki, xalqın birliyi, ədalət istəyi həmişə qalib gəlir”, - deyə Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri sözlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına bax
Dünya
06 Fevral 23:57

Dünya
06 Fevral 23:39

İqtisadiyyat
06 Fevral 23:15

Hadisə
06 Fevral 22:54

Dünya
06 Fevral 22:37

İdman
06 Fevral 22:13

Turizm
06 Fevral 21:50

Hərbi
06 Fevral 21:32

Xəbər lenti
06 Fevral 21:18

Dünya
06 Fevral 20:55

Elm
06 Fevral 20:37

Dünya
06 Fevral 20:12

İdman
06 Fevral 19:56

Dünya
06 Fevral 19:35

Dünya
06 Fevral 19:14

Sosial
06 Fevral 18:46

Siyasət
06 Fevral 18:41

Dünya
06 Fevral 18:35

Dünya
06 Fevral 18:34

Dünya
06 Fevral 18:33

Siyasət
06 Fevral 18:31

Sosial
06 Fevral 18:30

Elanlar
06 Fevral 18:21

Xəbər lenti
06 Fevral 18:12

Siyasət
06 Fevral 17:16

Dünya
06 Fevral 17:16

Elm
06 Fevral 16:32

İqtisadiyyat
06 Fevral 16:21

Gündəm
06 Fevral 16:15

Gündəm
06 Fevral 16:12

İdman
06 Fevral 15:43

Sosial
06 Fevral 15:38

Sosial
06 Fevral 15:20

Yeni texnologiyalar
06 Fevral 14:54

Sosial
06 Fevral 14:52

Sosial
06 Fevral 14:29

Siyasət
06 Fevral 13:51

Sosial
06 Fevral 13:49

Hadisə
06 Fevral 13:06

Dünya
06 Fevral 12:00

Sosial
06 Fevral 11:42

Siyasət
06 Fevral 11:37

Siyasət
06 Fevral 11:24

Sosial
06 Fevral 11:23

Siyasət
06 Fevral 11:15

İqtisadiyyat
06 Fevral 11:13

Hadisə
06 Fevral 11:09

Siyasət
06 Fevral 10:57

Sosial
06 Fevral 10:49

Dünya
06 Fevral 10:47

Xəbər lenti
06 Fevral 10:42

İqtisadiyyat
06 Fevral 10:42

İqtisadiyyat
06 Fevral 10:36

Siyasət
06 Fevral 10:35

Dünya
06 Fevral 10:35

İqtisadiyyat
06 Fevral 10:26

Sosial
06 Fevral 10:17

Analitik
06 Fevral 10:16

Dünya
06 Fevral 09:36

Analitik
06 Fevral 09:13

Siyasət
06 Fevral 08:56

Sosial
06 Fevral 08:42

Maraqlı
06 Fevral 08:27

Dünya
05 Fevral 23:34

Dünya
05 Fevral 23:15

Hadisə
05 Fevral 22:47

Hadisə
05 Fevral 22:39

Dünya
05 Fevral 22:18

Elm
05 Fevral 21:51

Asiya
05 Fevral 21:34
