/ / Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat olimpiadasının qalibləri mükafatlandırılıblar
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat olimpiadasının qalibləri mükafatlandırılıblar
11.05.2013 [10:25]
Mayın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat olimpiadasının qaliblərinə mükafatlar təqdim olunub.
Olimpiada Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və ADİU-nun təşkilatçılığı ilə keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycanın böyük oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzüblər.
Qaliblərin mükafatlandırılması mərasimində ADİU-nun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev bildirib ki, müasir dövrdə idman və bədən tərbiyəsinin inkişafı hər bir dövlətdə insanların, xüsusən gənclərin sağlamlığı və mənəvi yüksəlişi ilə yanaşı, milli potensialın maksimum səmərəli reallaşdırılması, cəmiyyətin saflaşması və yetkinləşməsi, genofondun qorunub saxlanılması baxımından son dərəcə mühüm vasitə sayılır. Azərbaycanda geniş yayılmış idman növlərindən biri olan şahmat zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. Şahmat sahəsində əldə edilən nailiyyətlər, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan uğurlar respublikada şahmata göstərilən marağı daha da artırıb.
Diqqətə çatdırılıb ki, bütün bu uğurlar Ümummilli liderimiz Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin xalqın intellektual səviyyəsini nümayiş etdirən şahmata yüksək qayğı və dəstəyi nəticəsində mümkün olub. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli Sərəncamı ilə “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın təsdiq edilməsi buna bir daha əyani sübutdur.
YAP Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiadanın keçirilməsi münasibətilə təşkilatçıları və qalibləri təbrik edib, Ulu öndərin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafına diqqət və qayğısından danışıb.
Əli Əhmədov diqqətə çatdırıb ki, Ümummilli liderin diqqət və qayğısı sayəsində ölkəmizdə şahmat məktəbləri yaradılıb, peşəkar şahmatçılar hazırlanıb. İnanıram ki, bu yarışlarda iştirak edən istedadlı şahmatçılar üzə çıxarılacaq və həmin gənclər gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və Birliyin ofisinin rəhbəri Sərraf Hüseynov qalibləri təbrik edib, onlara yeni uğurlar arzulayıblar.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17

