Mübariz Qurbanlı: Müxalifət anlamalıdır ki, onların qatarı gedib
14.05.2013 [13:06]
“Milli şura” deyilən qurum da əvvəlkilər kimi gələcək, bir az mətbuatda hay-küy qaldıracaq, sonra yoxa çıxacaq. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
“Milli şura” deyilən qurum haqqında mənasız hay-küy qaldırırlar. Əvvəla, deyim ki, belə bir qurum yarandı-yaranmadı, bu, Azərbaycanın ictimai rəyinə heç bir təsir göstərməyəcək. Baxın, deyirlər ki, “Milli şura” adı altında bir qurum elan edəcəyik. Yaranandan 5-10 gün sonra görəcəksiniz ki, bu, yalandan hay-küy idi. Bu hay-küyün arxasında heç nə dayanmır”, - M.Qurbanlı bildirib.
M.Qurbanlı qeyd edib ki, bu müxalifətin hansı ad altında birləşməsinin Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur.
“İstəyir, adını milli şura qoysunlar, istəyir, milli birlik qoysunlar, el qoysunlar, istəyir, əvvəllər qoyduqları adları qoysunlar, bu da əvvəlkilər kimi gələcək, bir az mətbuatda hay-küy qaldıracaq, sonra yoxa çıxacaq”, - M.Qurbanlı deyib.
O, bildirib ki, bu müxalifətdə bir şeyi anlamırlar ki, əgər sizin sosial dayağınız yoxdursa və əhali tərəfindən müdafiə edilmirsinizsə, sizin hansı ad qoymağınızın heç bir əhəmiyyəti yoxdur. Anlamalıdırlar ki, onların qatarı gedib, onların hay-küylərinə heç kim inanmır və onların da arxasınca heç kim getməyəcək.
Hakimiyyətin “Milli şura”nın yaranmasından narahatlığı barədə bəyanatlara toxunan M.Qurbanlı deyib ki, hakimiyyət üçün bu qurumun heç bir mənası yoxdur.
“Sizi inandırıram ki, bizim üçün onların hansı ad altında birləşməsinin heç bir əhəmiyyəti yoxdur. Biz onu yalnız mətbuatda görürük və buna yalnız jurnalistlər sual verəndə reaksiya veririk. Deyirlər, hakimiyyət bunun yaranmasından narahatdır. Nədən narahatdır? Niyə narahatdır?” - M.Qurbanlı deyib.
O bildirib ki, hakimiyyətin yürütdüyü siyasət bütün hallarda əksəriyyət tərəfindən müdafiə olunur, Prezident İlham Əliyevin reytinqi bu gün Azərbaycan cəmiyyətində ən yüksək səviyyədədir, beynəlxalq miqyasda aparıcı liderlərin sırasındadır.
“Biz niyə narahat olmalıyıq ki, kimlərsə birləşib hansısa ad altında nəsə quracaqlar. Qursunlar, yaratsınlar, seçkilərə də gəlsinlər, biz azad və demokratik ölkəyik və seçkilərdə də onlara sübut edəcəyik ki, biz onlardan qat-qat üstünük, cəmiyyət də Prezident İlham Əliyevin xəttini müdafiə edir”, - deyə M.Qurbanlı vurğulayıb.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

