/ / Mübariz Qurbanlı: İnternetdə təhqir və böhtanlara görə məsuliyyəti müəyyən edən müddəaların qanunvericiliyə daxil edilməsi tamamilə məntiqlidir
Mübariz Qurbanlı: İnternetdə təhqir və böhtanlara görə məsuliyyəti müəyyən edən müddəaların qanunvericiliyə daxil edilməsi tamamilə məntiqlidir
17.05.2013 [13:34]
“Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət nəzarəti tam aradan qaldırılıb. Bu gün Azərbaycan mətbuat azadlığı baxımından dünya ölkələri arasında ilk onluğa daxil olmaq iqtidarındadır. Eyni zamanda, ölkəmizdə internetdə, sosial şəbəkələrdə də tam azad fəaliyyət təmin edilib. Bütün bunlarla yanaşı, internetdə təhqir və böhtanlara görə məsuliyyəti müəyyən edən müddəaların da qanunvericiliyə daxil edilməsi tamamilə məntiqlidir”. Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, internetdə hər kəs istədiyi məlumatı yaymaq, istədiyi mövzuda müzakirlər açmaq, ayrı-ayrı mövzularla bağlı fikir bildirmək imkanına malikdir. Dünyanın bütün ölkələrində internetlə bağlı geniş müzakirlərin getdiyini deyən M.Qurbanlının sözlərinə görə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə də internet azadlığı ilə bağlı müxtəlif diskussiyaların aparılmasını görməkdəyik. Onun fikrincə, internetdəki azadlıq müəyyən mənada məsuliyyət məsələsini də gündəmə gətirib.
“Necə ki, mətbuat azadlığı onun müəyyən məsuliyyətini də özü ilə bərabər yaradıb. Belə ki, bu gün istənilən ölkədə mətbuat azadlığı müvafiq qanunlarla tənzimlənir. Bununla bağlı jurnailistlərin beynəlxalq təşkilatlarının da qəbul etdikləri sənədlər var. Mətbuat sırf jurnalistika ilə bağlı sahədir. Jurnalistlərin bu və digər məsələyə yanaşma tərzi var. İnternet isə tamamilə fərqlidir, ondan təkcə jurnalistlər yox, bütün insanlar istifadə edir. Ona görə də, mətbuatla interneti eyniləşdirmək olmaz. Hansısa qəzetin rəhbəri və kollektivi var, həmin qəzetdə gedən materiallara görə qəzetin rəhbərliyi, yazı müəllifləri hüquqi cəhətdən məsuliyyət daşıyırlar. Amma internetdə belə deyil. İnternet çox geniş imkanlara malikdir. Bu baxımdan, internetdə yayılan məlumatlarla əlaqədar məsuliyyət məsələsi gündəmdədir və bu müzakirələr hələ də davam edir. Bir sıra ölkələrdə internetdə yayılan məlumatlara görə məsuliyyət müəyyən edən qayda-qanunlar qəbul olunub.
İnternetdə insanların şərəf və ləyaqətini alçaldan, şəxsiyyətinə toxunan fikirlər, məlumatlar, eləcə də, başqaları haqda təhqir və böhtanlar bütün dünyada baş verir. Ona görə də, bu hərəkətlərə yol verənlərin məsuliyyət məsələsi gündəmdədir. Hazırda internetdə yayılan fikirlərə görə heç kim məsuliyyət daşımır. Kimlərsə, başqa ad altında sosial şəbəkələrdə insanları təhqir edir, böhtan atır və s. Bu hərəkətlərə görə cavabdehlik lazımdırmı? Əgər kimsə deyirsə ki, internetdə belə hallara görə cavabdehlik lazım deyil, onda həmin şəxs özü haqqında təhqiredici fikirlərin müqabilində, gərək, sussun. Hər kəs müəyyən hadisə öz başına gəldikdə bu hadisənin nədən qaynaqlandığını araşdırmaq istəyir. Amma belə olmamalıdır. Bu baxımdan, Milli Məclisin internetdə bu kimi hallara qarşı qanunvericiliyə etdiyi yeniliklər tamamilə doğru addımdır” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

