Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini Baş katibə təqdim edib

Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini Baş katibə təqdim edib

05.02.2025 [09:39]

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev bu gün etimadnaməsini təşkilatın Baş katibi Antonio Quterreşə təqdim edib.

AZƏRTAC-ın məlumatına görə, görüş zamanı Tofiq Musayev Azərbaycana son səfərlərinə və Bakıda İqlim Sammitinin uğur qazanmasında əvəzsiz roluna görə Baş katibə təşəkkürünü bildirib. Daimi nümayəndə Azərbaycanın BMT-yə davamlı dəstəyini və təşkilatın məqsəd və prinsiplərinə uzunmüddətli sadiqliyini qeyd edib. O, həmçinin Azərbaycanın sülh və ədalətin təşviqinə, beynəlxalq hüququn möhkəmləndirilməsinə, çoxtərəflilik prinsipinin təbliğinə və dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verməyə davam etmək əzmini vurğulayıb.

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30