Əli Əhmədov: “Milli şura” ideyasının ciddi siyasi amilə çevrilməsi mümkün deyil
30.05.2013 [03:59]
“Milli şura” ideyası ölü doğulmuş uşaq kimi bir şeydir. Yaradılmamış daxili intriqalar başlayıb. Bir neçə müddətdir elan olunacağı anonsunu verirlər, lakin razılığa gələ bilmirlər. Azərbaycanın ənənəvi müxalifəti parçalanmağı birləşməkdən daha yaxşı bacarır. Neçə ilin təcrübəsi göstərir ki, müxalifətdaxili inteqrasiyanın potensialı çox zəifdir. Bu potensialla müxalifətin hər hansı birlik yaratmaq şansı demək olar ki, yoxdur. Ona görə də “Milli şura” ideyasının ciddi siyasi amilə çevrilməsi mümkün deyil”. Bu fikirləri “Trend”-ə açıqlamasında əvvəlcədən bəyan edilməsinə baxmayaraq, müxalifətin mayın 28-də “Milli şura”nı elan edə bilməməsinə münasibətində YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov qeyd edib.
YAP-ın Sədr müavininin sözlərinə görə, “Milli şura”nın ciddi siyasi faktora çevrilmək şansının olmaması təkcə bunda deyil: “Milli şura”da birləşəcəyi etimal olunan şəxslər və onların təmsil etdiyi təşkilatlar özü elə ciddi siyasi amil deyil. İstər birləşmiş olsun, istərsə də birləşməmiş. Necə deyərlər, toplananların yerinin dəyişməsi cəmə təsir etməz. Xüsusilə də, toplananlar kəmiyyət baxımından cüzi rəqəmlə ifadə olunduqda”.
Milli şura” ideyası haqqında, o cümlədən onun Azərbaycana xaricdən gətirilməsi haqqında səslənən fikirlərə münasibət bildirən Əli Əhmədov “əslinə qalsa, “Milli şura” ideyası elə bir gücü özündə ehtiva etmir ki, onun haqqında çoxsaylı fikirlər səslənsin. Müxalifətin mətbuatını kənara çıxsanız, “Milli şura” haqqında danışan dəmək olar ki, yoxdur. Yeni Azərbaycan Partiyasının təmsilçiləri isə bu barədə jurnalistlərin suallarını cavablandırarkən fikir bildirirlər” - deyə qeyd edib.
“Milli şura” ideyasının Azərbaycana xaricdən transferi ilə bağlı səslənən fikirləri şərh edən YAP-ın Sədr müavini Əli Əhmədov “od olmasa tüstü çıxmaz” atalar sözünü xatırladaraq, vurğulayıb ki, müxalifətin daxilində müxtəlif coğrafi istiqamətləri təmsil edənlər arasında “Milli şura”nın məram və məqsədlərinə münasibət də ciddi fərqlənir. “Rüstəm İbrahimbəyovun İsa Qəmbərin Qərb inteqrasiyası məsələsi ilə əlaqədar təklifinə təpki göstərməsi “xoruzun quyruğu görünür” effekti verir. “Milli şura” ideyasının xaricdən, özü də hansı coğrafi istiqamətdən ötürülməsi məsələsinə tək bu misal kifayət qədər aydınlıq gətirir. Bundan güclü dəlil axtarmağa, məncə ehtiyac qalmır” – deyə Əli Əhmədov bildirib.
YAP rəsmisinin sözlərinə görə, milli dayaqları olmayan istənilən ideyanın Azərbaycan mühitində kök olması qeyri - mümkündür. Bu halda adın fərqi yoxdur.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

