/ / İtaliyanın Venesiya şəhərində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətinin nümayiş olunduğu sərgi açılıb
İtaliyanın Venesiya şəhərində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətinin nümayiş olunduğu sərgi açılıb
01.06.2013 [09:01]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılışda iştirak edib
Mayın 30-da İtaliyanın Venesiya şəhərində 55-ci Beynəlxalq Venesiya Biennalesi çərçivəsində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətinin nümayiş olunduğu sərgi açılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, Azərbaycan, o cümlədən Türkiyə, Rusiya, İran və Gürcüstandan 17 rəssamın müasir təsviri incəsənətə dair əsərlərinin nümayiş olunduğu sərgi “Love me love me not” adlanır. Aida Mahmudovanın rəhbəri olduğu “YARAT” Müasir İncəsənət Məkanının təşkil etdiyi sərgi noyabrın 24-dək fəaliyyət göstərəcək. Sərginin kuratoru əsasən Yaxın Şərq, İran və Qafqazda müasir incəsənət sahəsində ixtisaslaşan, əvvəllər “Kristi” hərracında mütəxəssis kimi çalışan Dina Naser Xadividir.
Sərginin özəlliyini təşkil edən əsas cəhət buradakı əsərlərin hər bir xalqın dinamikasını yaxından duymağa, unudulmuş, yaxud naməlum tarixin gizli tərəflərini açmağa və həmin ölkələrdə olan baxış tərzini göstərməyə imkan verməsidir.
Sərgidə geniş çeşiddə media və əşya xarakterli materiallar, həmçinin videoinstallyasiyalar və rəsm əsərləri nümayiş olunur. Kompozisiyalarda şəxsi təcrübədən qaynaqlanmış tarixi mövzular, müasir həyatın müxtəlif tərəfləri də ustalıqla əks olunub. Azərbaycan rəssamı Sitarə İbrahimovanın Qarabağ müharibəsinə həsr etdiyi “Hədd” adlı ekspoziyası sərgiyə gələnlərdə xüsusi maraq doğurur. Bu ekspozisiyanın əsasını müharibə dövründə Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən çəkilən fotolar təşkil edir. Həmin fotolarda müharibədə itkin düşən şəxslərin əşyaları, hazırda Ağdamda və cəbhə xəttində yaşayan insanların həyatı təsvir olunur.
Digər işlərdə, videoinstallyasiyalarda rəssamlar öz hisslərini, dünyaya baxışlarını maraqlı tərzdə təqdim edirlər. Əsərlərin müəllifləri rənglərdən və rəssamlıq texnikasından səmərəli istifadə edərək təsviri məlumatları, incəsənət tarixi haqqında biliklərini əks etdirməyə çalışıblar. Onlar, həmçinin müasir incəsənətin müxtəlif formaları ilə insan təbiətinə məxsus hərəkət detallarını və abstraksiyanı təsvir ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

