/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir qrup uşaq Moskvada Kremlin Kilsə meydanında olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir qrup uşaq Moskvada Kremlin Kilsə meydanında olub
04.06.2013 [00:42]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Uşaqları Müdafiə Günü Moskvada Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin şagirdləri, Xilaskar İsa Məbədinin və Müqəddəs Danilov monastırının bazar günü məktəblərinin yetirmələri Moskva Kremlinin Kilsə meydanında süvari və piyada qarovulun dəyişməsi mərasiminə dəvət olunublar.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Mədəniyyət Fondunun təşkilati dəstəyi ilə uşaqlar Prezident alayı hərbi qulluqçularının, habelə mərasimin uşaq qrupu üzvlərinin və “Kreml süvari məktəbi” komandası süvarilərinin iştirakı ilə süvari və piyada qarovulun dəyişməsi mərasiminə tamaşa ediblər.
Əhalinin müxtəlif təbəqələrindən olan uşaqlara həmişə diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu dəfə də onları diqqətdən kənarda qoymayıb. Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Fondun əməkdaşları onlara Leyla xanım Əliyevanın təbriklərini yetirib və hədiyyələr veriblər. Şirniyyat, rəngbərəng oyuncaqlar və zehni oyunlar uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edib.
Rusiyanın əməkdar incəsənət xadimi, Rusiya Mədəniyyət Fondunun vitse-prezidenti, Beynəlxalq proqramlar müdiriyyətinin direktoru Tatyana Şumova AzərTAc-ın müxbirinə müsahibəsində deyib ki, bu il uşaqlar nəinki hərbi qarovulun dəyişməsinə, həmçinin gənc suvarilərin çıxışlarına tamaşa edirlər. T.Şumova deyib: “Heydər Əliyev Fondu ilə birlikdə Moskvada təhsil alan azərbaycanlı uşaqlar üçün bu bayramı təşkil etdiyimizə görə çox məmnunam. Bu gün Leyla xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun hamiliyə götürdüyü Xilaskar İsa məbədinin və Danilov monastırının bazar günü məktəblərinin uşaqları da bu rəngarəng tamaşanı görə bilmişlər”.
Ənənəyə görə, hər il iyunun 1-də Beynəlxalq Uşaqları Müdafiə Günü Moskva Kremlinin Kilsə meydanında məhz Moskva məktəbliləri üçün Prezident alayının hərbi qulluqçularının iştirakı ilə süvari və piyada qarovul dəyişməsi mərasimi keçirilir. Bu il ilk dəfə olaraq bu tədbirdə “Kreml süvari məktəbi” komandasının süvariləri iştirak ediblər. Tədbirə Moskvanın 1000-dən çox məktəblisi, o cümlədən Əhalinin sosial müdafiəsi departamentinin, İctimai əlaqələr komitəsinin, Təhsil departamentinin tabeliyində olan idarələrin yetirmələri dəvət olunublar.
Qeyd edək ki, Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş süvari və piyada qarovulun dəyişməsi mərasimi 2007-ci ildən keçirilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

