Hulusi Kılıç: Türk dünyası Xocalı soyqırımını unutmayacaq və onu unutdurmağa İmkan verməyəcək
26.02.2025 [12:46]
Xocalı soyqırımı bəşəriyyət tarixində qara bir ləkədir. Dünya ictimaiyyəti, xüsusən də özlərini demokratiyanın və insan haqlarının müdafiəçisi adlandıran Qərb dövlətləri Ermənistanın qanlı cinayətlərinə səssizcə tamaşa edirdilər.
Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Xocalı soyqırımının dəhşətli statistikasına istinad edərək bildirib.
O xatırladıb ki, Xocalı soyqırımı nəticəsində 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb (150 nəfərin taleyi bu günə qədər məlum deyil), 487 nəfər yaralanıb. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini itirib, 25 azyaşlı yetim qalıb.
H.Kılıç xatırladıb ki, Qərb ölkələrində heç bir media orqanı Azərbaycanın Qarabağ bölgəsində baş verən qanlı hadisələri işıqlandırmayıb və bu, “ikili standartların” bariz nümunəsini nümayiş etdirir.
“İMZA” İctimai Birliyinin nümayəndəsi Xocalı faciəsi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib. O deyib: “2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu məsələdə xüsusi əhəmiyyət kəsb edir”.
H.Kılıç Azərbaycanın və Türk dünyasının keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımını unutmayacağına və unutdurmağa imkan verməyəcəyinə əminliyini ifadə edib.
Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasəti sayəsində bu gün Azərbaycanın üçrəngli Bayrağı respublikamızın bütün ərazisində dalğalanır. “Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin müddəalarını təkbaşına yerinə yetirib. Vətən müharibəsinin 44 günü və lokal xarakterli antiterror tədbirləri zamanı dünya ictimaiyyətinin onilliklər ərzində həll edə bilmədiyi problemlər öz həllini tapdı”, - deyən H.Kılıç işğaldan azad edilmiş ərazilərin, o cümlədən Xocalının bərpası ilə bağlı həyata keçirilən genişmiqyaslı proqram və layihələrə diqqət yetirib.
Türkiyənin sabiq səfiri Azərbaycanı “vətəndaşlarının maraqlarını uğurla müdafiə edən güclü dövlət” adlandırıb.
O, eyni zamanda, Türkiyənin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə davam edəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

