/ / Avropa qarşıdakı onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaq
Avropa qarşıdakı onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaq
29.06.2013 [10:01]
Prezident İlham Əliyev: TANAP layihəsinin elan edilməsi “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır
Məlum olduğu kimi, Azərbaycan son illərdə mühüm təbii qaz ixracatçısı potensialı ilə Avropanın diqqətini özünə cəlb edir. Avropa dövlətləri ilə enerji sahəsində əməkdaşlıq region dövlətləri üçün enerji təhlükəsizliyinin təminatına, Azərbaycanın maraqları baxımından isə ölkənin gəlirlərinin artmasına, iqtisadiyyatın digər sahələrinin sürətli inkişafına və bütövlükdə ölkənin güclənməsinə, nüfuzlu dövlətə çevrilməsinə vacib töhfədir. Bu baxımdan, “Şahdəniz” yatağından təbii qazın Avropa bazarlarına çıxarılmasını təmin edəcək TANAP layihəsi həm Azərbaycanın, həm də Avropa dövlətlərinin maraqlarına tam uyğundur. TANAP Avropanın təbii qaz mənbələrinin şaxələndirilməsini nəzərdə tutan “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsidir. Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun iki il bundan əvvəl Azərbaycana səfəri zamanı “Cənub” qaz dəhlizi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Saziş əsasında həyata keçiriləcək. Bir müddət əvvəl Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı keçirdiyi görüşlərdə səsləndirilən fikirlər layihənin ölkəmiz və Avropa regionu üçün əhəmiyyətini bir daha nəzərə çatdırdı.
Xatırladaq ki, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyla görüşündə “Cənub” qaz dəhlizinin reallaşmasında TANAP-ın əhəmiyyətini vurğulayıb: “TANAP layihəsinin elan edilməsi “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır”. Dövlət başçısı, həmçinin, qeyd edib ki, Avropa qarşıdakı onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaqdır. Belçikaya səfər zamanı dövlətimizin başçısı ilə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransında da məsələ ilə bağlı maraqlı fikirlər səsləndirilib. X.M.Barrozu bildirib ki, “Cənub” qaz dəhlizi lövhə üzərində hər hansı bir nəzəri layihə deyildir, o, reallaşmaq üzrədir və bütün tərəflərə fayda gətirəcək: “İlkin mərhələdə onun vasitəsilə 2019-cu ilədək Avropaya 10 milyard kubmetr qaz ötürüləcəkdir”.
Onun sözlərinə görə, tərəflər bununla kifayətlənməyəcək və qaz ixracının artırılması nəticəsində ortamüddətli perspektivdə Avropanın illik ehtiyacının 10 faizinin ödənməsi mümkündür. Prezident İlham Əliyev isə bildirib ki, Azərbaycandan Avropaya ixrac edilən qazın həcminin sırf “Şahdəniz-2” layihəsi ilə məhdudlaşmayacağına ümidvar olduğunu bildirib. Çünki Azərbaycanın 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatı var, bu isə uzunmüddətli əməkdaşlıq üçün əlverişli imkan deməkdir.
Artıq bu günlərdə “Cənub” qaz dəhlizinin gerçəkləşməsi yönündə daha bir mühüm qərar verilib. Belə ki, “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya çatdırmaq üçün “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsini seçib. Bu barədə iyunun 28-də “Şahdəniz” Konsorsiumunun Bakıda keçirdiyi tədbirdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib. AzərTAc-ın yaydığı məlumata görə, Q.Birrel “Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində çıxarılacaq qazı Avropaya daşıyacaq kəmərin seçilməsi ilə bağlı verilən qərarın kommersiya xarakterli olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev isə ölkəmizin 2 trilyon kubmetr qaz ehtiyatına malik olduğunu vurğulayaraq, 2020-ci ildə əlavə qaz həcmlərinin də xarici bazarlara çıxarılacağını qeyd edib. Konsorsium Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasil olunacaq qazın Avropaya nəqli üçün “NABUCCO”, TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənibi-Şərqi Avropa boru kəməri) layihələrinin təqdim etdikləri yekun təkliflərə əsasən seçimini edib. Qeyd edək ki, “Şahdəniz” layihəsinin səhmdarları “bp” (25,5 faiz), “Statoyl” (25,5 faiz), ARDNŞ (10 faiz), “LUKoyl” (10 faiz), NICO (10 faiz), “Total” (10 faiz) və TPAO-dur (9 faiz).
Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur. TAP-ın səhmdarları İsveçrənin AXPO (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir. Boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcəkdir.
“Şahdəniz Mərhələ 2” layihəsinin “Cənub” qaz dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracağı nəzərdə tutulur. “Mərhələ 2” layihəsi çərçivəsində “Mərhələ 1”dən il ərzində hasil olunan təqribən 9 milyard kubmetr qaza daha 16 milyard kubmetrin əlavə ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcəkdir. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) tikintisi də sürətləndiriləcəkdir. Beləliklə, xəritəyə nəzər saldıqda işlərin olduqca sistemli aparılmasının şahidi olmaq mümkündür. Belə ki, 2007-ci ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək.
Belə olan təqdirdə, “NABUCCO” layihəsinin perspektivi azalır. Təsadüfi deyil ki, bu yaxınlarda Avstriyanın “OMV AG” şirkətinin baş icraçı direktoru Qerhard Roiss şirkətin mənzil-qərargahında keçirilmiş mətbuat konfransında bildirib ki, “NABUCCO Qərb” qaz kəməri vasitəsilə Xəzər hövzəsindən “mavi yanacaq” Avropaya çatdırılmayacaqdır. Qeyd edək ki, “NABUCCO” layihəsinin məhz bu şirkətin rəhbərliyi altında reallaşması nəzərdə tutulurdu.
Beləliklə, bir çox Avropa dövlətlərinin marağında olduğu TAP layihəsinin gerçəkləşməsi yönündə əməli addımlar atılır. Belə ki, bu günlərdə Yunanıstan və Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu arasında saziş imzalanıb. Bu ölkənin maliyyə naziri Yannis Sturnaras qaz kəmərinin tikintisinin yeni iş yerlərinin açılmasına və investisiyaların cəlb edilməsinə imkan verəcəyini bildirib. Saziş faktiki olaraq boru kəmərinin Yunanıstandan keçən hissəsinin əsasını qoyub.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan, həqiqətən də, mühüm təbii qaz ixracatçısı kimi böyük potensiala sahibdir və ölkəmizin enerji siyasəti Avropa dövlətlərinin bu sahədə qərarlarına və bölgənin enerji xəritəsinin formalaşmasına çox ciddi təsir göstərir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

