Təhlükəsizlik və sabitlik adası...
18.03.2025 [09:53]
Qlobal hesabatda Azərbaycan ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib
Hazırda dünyada ən aktual çağırışlardan biri terrorizmə qarşı mübarizənin səmərəliliyinin artırılmasıdır. Aydın şəkildə başa düşülür ki, heç kəsin sığortalanmadığı terrorizmin əhatə dairəsinin kiçildilməsi üçün qlobal miqyasda uzlaşdırılmış fəaliyyət həyata keçirilməli, eyni zamanda, milli səviyyələrdə hər bir dövlət öz məsuliyyətini daha da artırmalıdır. Bir qədər bundan əvvəl “Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar üçün istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.
Hesabata əsasən, Azərbaycanın nəticələri əvvəlki illərlə müqayisədə daha da yaxşılaşıb. Belə ki, ölkəmiz terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.
Dünyadakı kədərli mənzərə
Təəssüf doğuran haldır ki, Dördüncü sənaye inqilabı dövründə dünya həm də bir sıra təhdidlərlə üz-üzə qalıb. Ayrı-ayrı ölkələr və xalqlar, müxtəlif mədəniyyətlər, bütövlükdə, bəşəriyyət üçün getdikcə daha ciddi təhlükə yaradan təhdidlərdən biri də terrordur. Dünyanın müxtəlif guşələrində ən ağlagəlməz ssenarilərlə törədilən terrorlarla bağlı statistikanın dinamikası kifayət qədər yüksəkdir. 2024-cü ildə dünya Kirmanda, Bəlucistanda, Almaniyada, Türkiyədə, Moskva vilayətində “Crocus City Hall” binasında və digər ünvanlarda baş verən dəhşətli terror hadisələri ilə silkələndi. Oxşar faciələr Malidə, Əfqanıstanda, Pakistanda, Somalidə, Burkina Fasoda, Nigeriyada da yaşanıb. Baş verən terror hadisələri zamanı aralarında qocalar, qadınlar və uşaqlar da olmaqla yüzlərlə insan həyatını itirib, yaxud ağır xəsarət alıb. Sonsuz kədər doğuran faktlar son illərdə dünyanın necə bir dəhşətli təhlükə ilə üz-üzə dayandığı barədə konkret təsəvvür yaradır.
“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır. Təqdim edilən hesabata əsasən, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Burkina Faso (8.581), 2.Pakistan (8.374), 3.Suriya (8.00) daxil edilib.
Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı, Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb .
Azərbaycanın dərin məsuliyyəti
Müstəqil Azərbaycan da terrordan əziyyət çəkən ölkələr sırasında yer alır. Respublikamızın üzləşdiyi faciələr bir qayda olaraq erməni terrorçularının ssenariləri əsasında baş tutub. Ötən əsrin 90-cı illərində Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları terrorçular Bakı metrosunda bir neçə partlayış törətməyə nail olublar.
Respublikamızda ehtimal olunan risklər nəzərə alınmaqla terrorizmə qarşı dövlət səviyyəsində ciddi mübarizə aparılır. Ölkəmiz terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il tarixli terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilib.
Paralel şəkildə, terrorizmə qarşı mübarizə sahəsində milli qanunvericilik davamlı olaraq beynəlxalq öhdəliklərə uyğunlaşdırılır. Hazırda respublikamız terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulub. Milli qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi institusional islahatlarla dəstəklənir. Respublikamızda müvafiq sahədə əsas səlahiyyətli dövlət qurumları Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətidir. Hüquq-mühafizə qurumları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən terrorçuluğa qarşı mübarizədə preventiv və sosial xarakterli tədbirlər görülür və fəaliyyətlər uzlaşdırılır. Maliyyə Monitorinqi Xidməti ölkənin əsas maliyyə kəşfiyyatı qurumu olaraq terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində ixtisaslaşıb. Qurumun institusional əsası və funksiyaları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartlarına uyğunlaşdırılıb.
Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində də fəal iştirak edir. Ölkəmizin terrorçuluğa qarşı mübarizə sahəsində sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar arasında BMT-nin Terrorçuluqla Mübarizə İdarəsini, ATƏT-in Transmilli Təhdidlər Departamentini, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupunu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatını və digərlərini qeyd edə bilərik.
Sənəddə vurğulanır ki, Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.
Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

