/ / Azərbaycan təmsilçisi BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyasında təqdimatla çıxış edib
Azərbaycan təmsilçisi BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyasında təqdimatla çıxış edib
26.07.2013 [09:21]
Böyük Britaniyada keçirilən Kembric konfransında ölkəmizi təmsil edən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyasında təqdimatla çıxış edib.
Qərib Məmmədov bildirib ki, müasir Azərbaycan müstəqilliyinin bərpasının 21 illik tarixində mürəkkəb və eyni zamanda şərəfli yol keçib. Sosial-iqtisadi sahədə ölkənin nailiyyətləri “Fitch Ratings”, “Moody”, “Standard & Poors” kimi beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapıb. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarında da Azərbaycanın mövqeyi yüksəlib və MDB ölkələri arasında aparıcı yer tutub. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında isə region ölkələri arasında aparıcı mövqeyə malik olub. Bununla yanaşı, 2010-cu ildə insan inkişafı üzrə BMT-nin İnkişaf Proqramının hesabatına görə, Azərbaycan “orta insan inkişafı”ndan “yüksək insan inkişafı”na malik olan ölkələr qrupuna daxil olub. XXI əsrin ilk onilliyində ölkəmizin informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edib və dünya ölkələrinin sosial-iqtisadi həyatına təsir edən qloballaşma prosesindən kənarda qalmayıb.
Azərbaycanın inkişaf strategiyasına toxunan Q.Məmmədov, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından bəhs edib, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən və gələcək planlardan danışıb.
Ölkəmizdə geoməkan informasiyalarının idarəedilməsi sahəsindəki yeniliklərdən və uğurlardan bəhs edən Q.Məmmədov, Azərbaycanda xəritəçəkmə və analiz sahələrində istifadə olunan müasir texnologiyalar haqqında məlumat verib.
Peyk sənayesindəki uğurlarımızdan danışan komitə sədri, bildirib ki, Azərbaycan bir neçə ay bundan əvvəl süni peyki olan ölkələr sırasına daxil olub.
Qeyd edilib ki, Azərbaycanın vahid elektron kartoqrafiya bazası mövcuddur. Ölkənin inkişaf strategiyasında bu sahə mühüm əhəmiyyət kəsb edir. İnformasiya cəmiyyətinə keçid, səmərəli və şəffaf dövlət idarəçiliyini həyata keçirməyə imkan verən elektron idarəetmə sisteminə çox böyük maraq var. Dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və ölkədə “Elektron hökumət”in formalaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanıb.
Q.Məmmədov nəzərə çatdırıb ki, Azərbaycan daha böyük nailiyyətlər əldə etməyə qadir olan ölkədir. Lakin Ermənistanın işğalçılıq siyasəti buna mane olur. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub. Komitə olaraq biz hazırda işğal olunmuş ərazilərimizin real coğrafi adlarının mühafizəsi və bununla bağlı xüsusi xəritələrin hazırlanmasına böyük əhəmiyyət veririk.
Azərbaycanda beynəlxalq əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətləri sadalayan Q.Məmmədov, ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını və geoməkan məlumatlarının idarə olunması sahəsində Avropa ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Sonda Q.Məmmədov geoməkan məlumatlarının idarə olunması sahəsindəki uğurlarımızın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib, konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndələrinə səmərəli təcrübə mübadiləsi arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

