Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb
07.08.2013 [09:06]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan gecəsi təşkil edilib. Moskva hökumətinin dəstəyi ilə Rusiya Müftilər Şurası tərəfindən Poklonnaya qoradakı məscidin yanında qurulmuş “Ramazan çadırı”nda Azərbaycanın dini-mədəni abidələrinin fotosərgisi açılıb.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təşkil olunmuş gecənin qonaqlarına “Baku”, “AMOR”, “İRS-Naslediye” jurnalları və Heydər Əliyev Fondunun bir sıra nəşrləri təqdim edilib.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Moskvada akkreditə edilmiş bir sıra başqa diplomatik missiyaların əməkdaşlarının, Azərbaycan icmasının və gənclərin nümayəndələrinin, dindarların, müxtəlif millətlərdən olan qonaqların toplaşdığı tədbirin əvvəlində “İxlas” fondunun sədri A.Məmmədov müqəddəs Ramazan ayının əhəmiyyəti və oruc tutmağın xeyri barədə söhbət açıb. A.Məmmədov qeyd edib ki, Ramazan müsəlmanların diqqətini bir daha Allaha xoş gedən xeyirxah əməllərə cəlb edir. Sonra qonaqlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın orijinal ideyası əsasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çəkilmiş “Azərbaycanda tolerantlıq” adlı sənədli filmə tamaşa ediblər.
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında videoçarxın nümayiş etdirilməsi də böyük marağa səbəb olub. Müqəddəs Qurani-Kərimdən surələr, iftardan əvvəl vacib olan axşam duası oxunub, sonra həmvətənlərimiz və Moskva müsəlmanları 600 nəfərlik bayram süfrəsi arxasında oruclarını açaraq Azərbaycan milli yeməklərini dadıblar.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə son beş ildə Azərbaycan Rusiya Müftilər Şurasının “Ramazan çadırı” layihəsində fəal iştirak edir. Tədbirdə çıxış edən qonaqlar və dindarlar Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya bayram ərəfəsində Azərbaycan gecəsinin bu cür yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

