XXI əsr Türk dünyasının əsri olmalıdır
21.08.2013 [09:31]
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən Zirvə toplantısı Türk dünyasının birliyinə nail olunması üçün növbəti və çox mühüm bir addım oldu
Türkdilli dövlətlər arasında siyasi iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin yaradılması və inkişafı üçün bu gün çox geniş imkanlar mövcuddur. Avqustun 16-da Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak edən Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentlərinin, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavinin çıxışları bu imkanların gerçəkliyə çevrilməsi üçün ortaq maraqların olduğunu və vacib addımların atıldığını göstərdi.
ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ DOĞRU
Bildiyimiz kimi, tarix boyu bir çox dövlətlər yaradan türk xalqları daim bir-birilə mədəni, iqtisadi, siyasi əlaqələrə malik olublar. Doğrudur, ötən əsrdə sovet ideologiyası SSRİ daxilində olan türk xalqlarını milli köklərindən uzaqlaşdırmağa çalışıb. Lakin hazırda müstəqil inkişaf yolunda irərliləyən türkdilli dövlətlər yenidən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurmaq üçün əlverişli imkana sahibdirlər. İndiki qloballaşma dövründə ortaq mədəniyyətə, etnik köklərə, dilə, tarixi keçmişə, bayramlara malik olan türkdilli ölkələrin xalqlarının bir-birinə daha da yaxınlaşması milli köklərə daha möhkəm bağlanmaq deməkdir. Türkdilli xalqların mədəni-humanitar əlaqələrinin gücləndirilməsi bu ölkələrin beynəlxalq arenada bir-birinə dəstəyini də artıracaq. Bu mənada, türkdilli dövlətlər arasında mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinə yardım edən qurumlardan TÜRKSOY-un, yeni yaradılan Türk Akademiyasının adlarını çəkmək olar. Azərbaycanın irəli sürdüyü Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılması ideyasının da yaxın zamanda gerçəkləşəcəyi gözlənilir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev də böyük coğrafiyanı əhatə edən türk aləminin gücləndiyini, türkdilli xalqların bir-birini daha yaxından tanımalı və intensiv əməkdaşlıq etməli olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, dünyanın bir çox yerlərində qarşıdurmalar, vətəndaş müharibələri, böhranların davam etdiyi bir dövrdə türk diyarında hökm sürən sabitlik, inkişaf ölkələrimizin böyük nailiyyəti, sərvətidir: “Biz bu sərvəti qorumalıyıq, birgə səylərlə qorumalıyıq, inkişaf etdirməliyik. XXI əsr Türk dünyasının əsri olmalıdır”.
Zirvədə iştirak edən digər türkdilli dövlət rəhbərləri də humanitar, mədəni əlaqələrin genişləndirilməsinin vacibliyi məsələsində ortaq mövqe nümayiş etdiriblər. Məsələn, Qırğızıstanın prezidenti Almazbek Atambayev türkdilli xalqların yaxınlaşması istəyini bu cür ifadə edib: “Ümid edirik ki, bir gün gələcək, biz özümüz və ya uşaqlarımız bir-biri ilə tərcüməçilərsiz söhbət edəcəklər”.
TÜRKDİLLİ DÖVLƏTLƏR BÖYÜK İQTİSADİ POTENSİALA MALİKDİR
Əlverişli coğrafi mövqedə yerləşən, zəngin iqtisadi resurslara malik olan türkdilli dövlətlərin hazırkı iqtisadi əməkdaşlığı mövcud potensialın çox cüzi hissəsini təşkil edir. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Zirvə görüşündəki çıxışında bu məsələ ilə bağlı deyib ki, bu gün 6 müstəqil türkdilli dövlətin ümumi daxili məhsulunun həcmi 1 trilyon 150 milyard dollara çatır: “Bununla belə, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi bizim potensiala uyğun deyildir. Məsələn, 2012-ci il üçün olan məlumatlara görə, Qazaxıstanın türkdilli dövlətlərlə ticarətinin həcmi cəmi 8 milyard dollar olmuşdur. Bu, bizim əmtəə dövriyyəsinin cəmi 6 faizi deməkdir”.
Türkiyənin prezidenti Abdullah Gül də Türk dünyasının geoiqtisadi əhəmiyyətinin artdığını statistik göstəricilər əsasında diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanın, Türkiyənin, Türkmənistanın, Qırğızıstanın, Qazaxıstanın və Özbəkistanın iqtisadi və demoqrafik potensialı bütünlükdə 4,8 milyon kvadrat kilometrlik sahədə dünyada yeddinci, 140 milyon əhalisi ilə doqquzuncu, 1,5 trilyon ABŞ dolları dəyərində ümumi hasilatı ilə 13-cü yerdədir. Abdullah Gül də Türk dünyasının real iqtisadi əlaqələrinin mövcud potensialdan çox aşağı olduğunu, bu səbəbdən də əməkdaşlığı fasiləsiz inkişaf etdirməyin zəruriliyini qeyd edib.
QƏRBİ AVROPADAN ÇİNƏDƏK UZANACAQ “DƏMİR İPƏK YOLU”
Türkdilli dövlətlər arasında iqtisadi münasibətlərin genişləndirilməsi gələcəyə hesablanan düşünülmüş strategiyadır. Bunun həyata keçirilməsi üçün lazım olan şərait də mövcuddur. Türk Şurasına daxil olan dövlətlər geniş iqtisadi potensiala malik olan və inkişaf edən ölkələrdir. Bu ölkələrin iqtisadiyyatı xarici investisiyalar üçün açıqdır. Türkdilli dövlətlərin iqtisadiyyatının inkişaf etmiş sferalarının müxtəlifliyi ən çox tələb olunan məhsulların qarşılıqlı ticarət və mal mübadiləsi şəraitində təmin edilməsinə imkan verir.
Digər tərəfdən, coğrafi amillər də bu dövlətlərin əməkdaşlıq istəklərinə uyğundur. Belə ki, türkdilli ölkələrin əsasən bir zolaq üzərində yerləşməsi, ən əsası isə Qərblə Şərqi, Avropa ilə Asiyanı birləşdirən ipək yolu layihəsi - TRASECA-nın bu dövlətlərin üzərindən keçməsi mühüm iqtisadi dividendlər vəd edir. Tikintisinin gələn il başa çatacağı gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi tarixi ipək yolunun bərpasına böyük töhfə olacaq. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikilməsinin əhəmiyyətini vurğulayıb: “Bu dəmiryolu vasitəsilə qitələr birləşəcək, ölkələrimiz tranzit ölkələrinə çevriləcəklər. Bu dəmiryolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”.
Tədbirdə çıxış edən Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin sözlərindən də görünür ki, tikilməkdə olan Qazaxıstan-Türkmənistan-İran dəmiryol xətti və Bakı-Tbilisi-Qars dəmiryolunun əlaqələndirilməsi sayəsində Çindən Avropanın içərilərinədək uzanan TRASECA beynəlxalq nəqliyyat dəhlizi reallığa çevriləcək.
Türkiyə prezidenti Abdullah Gül də Bakı-Tbilisi-Qars dəmiryolu xəttini modern “İpək yolu” və ya “orta dəhliz” layihəsinin ən mühüm hissəsi adlandırıb. Bu layihənin davamı olaraq Abdullah Gül türkdilli dövlətlərin nəqliyyat nazirlərinin 2013-cü il iyulun əvvəlində Bakıda keçirilən toplantısı çərçivəsində imzalanan Bakı, Aktau və Samsun dəniz limanları arasında qardaş limanı əlaqəsinin yaranmasına dair imzalanmış Anlaşma memorandumunun önəmli addım olduğunu bildirib. Abdullah Gül “İpək yolu”nu Türk dünyasının iqtisadi rifahının və siyasi təsirinin açarı adlandırıb: “Tarixə nəzər saldıqda türk dövlətlərinin güclü və təsirli olduğu dövrlərdə “İpək yolu”nun dünya ticarətinin ana xətti olduğu müşahidə olunur”.
Bu səbəbdən də “İpək yolu”nun bərpası strateji əhəmiyyət daşıyır.
ZİRVƏ GÖRÜŞLƏRİNDƏ BÜTÜN TÜRKDİLLİ DÖVLƏTLƏRİN RƏHBƏRLƏRİNİN İŞTİRAKINA ÜMİDLƏR
Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşlərinə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçıları səviyyəsində qatılırlar. Lakin gələcəkdə bütün türkdilli dövlətlərin bu görüşlərdə ən yüksək səviyyədə iştirakına ümid edilir. Çünki türkdilli dövlətlər arasında hərətərəfli əlaqələrin tez bir zamanda genişləndirilməsi bütün tərəflərin siyasi iradə ortaya qoyması sayəsində mümkündür. Təsadüfi deyil ki, Abdullah Gül Qəbələdəki çıxışında gələn il Türkiyədə keçiriləcək IV Zirvə toplantısında Türkmənistanın və Özbəkistanın da iştirak edəcəyinə ümidini ifadə edib.
Zirvə görüşlərində bütün Şura üzvlərinin dövlət başçılarının iştirakı türkdilli dövlətlər arasında daha böyük layihələrin böyük sürətlə icrasına yeni imkanlar yaradacaq.
TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIĞINI GENİŞLƏNDİRMƏSİNƏ BÖYÜK İCTİMAİ DƏSTƏK VAR
Azərbaycan ictimaiyyətinin nümayəndələri türkdilli dövlətlərlə, xalqlar arasında əlaqələrin genişləndirilməsi yönündə addımları dəstəkləyir. Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov türkdilli dövlət başçılarının zirvə görüşlərinin yeni formatı kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantılarını türk xalqlarının mədəni, iqtisadi inteqrasiyasına töhfə adlandırıb: “Bu görüşlər nəticəsində real iş görülür, böyük layihələr həyata keçirilir, türk dövlətlərinin beynəlxalq aləmdə yaxınlaşması, beynəlxalq təşkilatlarda bir-birini ardıcıl müdafiə etməsi müşahidə olunur. Gənc müstəqil türkdilli dövlətlər arasında əməkdaşlığın yeni formaları meydana çıxır. Məsələn, TÜRKSOY kimi çox önəmli mədəni təşkilatın gördüyü işlər göz qabağındadır”.
N.Cəfərov qeyd edib ki, indiyədək zirvə görüşlərinin bir çoxu Azərbaycanda keçirilib və ölkəmizin iqtisadiyyatı, mədəniyyəti, respublikada gedən inkişaf Türk dünyasında nümunə kimi qarşılanıb: “Enerjili, məhsuldar fəaliyyəti, Azərbaycanın inkişafı Prezident İlham Əliyevi Türk dünyasının liderlərindən birinə çevirib, bu, ölkəmiz üçün əlamətdar haldır. Eyni zamanda, Türk dünyasında yeni ortaq qurumlar yaradılır. Məsələn, TürkPA (Türk Parlament Assambleyası) türkdilli dövlətlərin parlamentləri arasındakı əlaqələri yüksək səviyyəyə qaldırıb. Türk Akademiyası isə fəaliyyəti müddətində onlarla dəyərli kitablar çap etdirib”.
Komitə sədri türkdilli dövlətlərin istər dövlət başçıları, istərsə də elm adamları arasında keçirilən görüşləri yüksək dəyərləndirir: “Bu görüşlərdə elm, mədəniyyət, təhsillə bağlı çox böyük layihələr, ideyalar irəli sürülüb. Bunların içərisində ortaq əlifba, ortaq mətbuat, radio və televiziya, ortaq ünsiyyət, ortaq tarixin yazılması, ortaq mədəniyyətin inkişafı ideyaları irəli sürülüb, mühüm qərarlar qəbul edilib. Bütün bunlar Zirvə görüşlərində təqdir olunur, təqdim olunan layihələr dəyərləndirilir. Bu səbəbdən də, Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı tarixi önəm daşıyır”.
Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov türkdilli dövlətlər arasında əlaqələrin bərpa olunması və genişlənməsi baxımından Qəbələdə keçirilən Zirvə görüşünün əhəmiyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, zirvə toplantıları həm də ona görə əhəmiyyətlidir ki, bu görüşlərdə türk dövlətlərinin birliyi üçün yaradılmış bütün qurumlar - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, TÜRKSOY, Türk Akademiyası yüksək səviyyədə təmsil olunur və gələcək fəaliyyət strategiyasının həyata keçməsində birgə iştirak edirlər: “Bilirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələr - Azərbaycan, Türkiyə, Qazaxstan və Qırğızıstan zəngin təbii ehtiyatlara və iqtisadi potensiala malik olan ölkələrdir. Hesab edirəm ki, bu qardaş ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Təbii ki, müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan əsas diqqət iqtisadi əlaqələrin gücləndirilməsinə, qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə yönəlməlidir. Məhz III zirvə görüşündə bu məsələlər Əməkdaşlıq Şurasının gələcək strateji hədəfləri olaraq müzakirə olunmuş, əməkdaşlığın əsas prioritet məsələsi olaraq müəyyənləşdirilmişdir. Hesab edirəm ki, Türk dövlətləri arasında böyük iqtisadi layihələrin reallaşması, eləcə də Şura daxilində Türk dünyasının mənəvi bütövlüyünü əks etdirmək üçün Özbəkistan və Türkmənistanın da Şura çərçivəsində əməkdaşlığa cəlb olunması lazımdır”.
ATXƏM sədrinin sözlərinə görə Qəbələdə keçirilən Zirvə görüşündə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılması türk xalqlarının inteqrasiyası üçün atılmış mühüm addımlardan biri olacaqdır: “Bir vaxtlar Ulu öndər Heydər Əliyevin türk birliyi uğrunda başladığı bu yolun xəyal olduğunu düşünən insanlar artıq bu birliyin tam gücüylə reallaşdığını görməkdədirlər. Məhz türk birliyinin hər gün reallığa daha yaxın olduğunu görən və onun gələcəyinə daha nikbin yanaşan Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkdilli dövlətlərin gələcək əməkdaşlığında iqtisadi əlaqələrin potensialını düzgün qiymətləndirdiyi üçün hesab edirəm ki, “XXI əsr Türk dünyası əsri olmalıdır” fikrini söyləmişdir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

