/ / Azərbaycanda prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının ekspert qrupu üzvlərinin cənub bölgəsinə səfəri başa çatıb
Azərbaycanda prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının ekspert qrupu üzvlərinin cənub bölgəsinə səfəri başa çatıb
07.09.2013 [09:27]
Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) ekspert qrupunun üzvlərinin cənub bölgəsinə ikigünlük səfəri sentyabrın 6-da başa çatıb.
AzərTAc xəbər verir ki, ekspert qrupu üzvlərinin bölgəyə səfərinin ikinci günündə qonaqlar 78 saylı Lerik seçki dairəsi dairə seçki komissiyasında, 1 saylı Lerik şəhər və 62 saylı Peştətük kənd seçki məntəqələrində prezident seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olublar.
Dairə seçki komissiyasının sədri İdris Şıxəliyev, məntəqə seçki komissiyasının sədrləri Bəylər Salmanov və Xanhüseyn Ağaverdiyev qonaqlara prezident seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlər barədə məlumat verib, onların suallarını cavablandırıblar.
Lerik rayon İcra Hakimiyyətində ekspert qrupunun üzvləri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qonaqlara Lerik rayonunda seçkilərə hazırlığın vəziyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, rayonda prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, prezident seçkiləri ilə bağlı Lerik rayonunda 108 seçki məntəqəsi fəaliyyət göstərir. Uzunömürlülər diyarı hesab edilən Lerikdə prezident seçkilərində ilk dəfə səs verənlərin sayı 910 nəfərdir. Səsvermədə iştirak edəcək vətəndaşlardan 4 nəfərinin 100-dən, 686 nəfərinin isə 80-dən yuxarı yaşı var.
Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası Şurası baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov, qurumun katibliyinin rəhbərinin müavini, MDB PA-nın demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktoru Dmitri Qladey, MDB PA-nın eksperti, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin eksperti Aleksey Kartsov çıxış edərək Azərbaycanda prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən ekspert qrupunun qarşısında duran vəzifələrdən danışıblar.
MDB PA-nın ekspert qrupunun üzvləri günün ikinci yarısında Lənkəran rayonuna gəliblər.
Lənkəran şəhər İcra Hakimiyyətində qonaqlarla görüş keçirilib. Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov nümayəndə heyətinə Lənkəran rayonu haqqında məlumat verib, oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən danışıb.
Qeyd olunub ki, Lənkəranda 4 dairə seçki komissiyası fəaliyyət göstərir. Rayonda fəaliyyət göstərən seçki məntəqələri səsverməyə tam hazırdır.
İlqar Dadaşov sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna tarixi səfəri haqqında qonaqlara məlumat verib. O, Azərbaycan Prezidentinin bir sıra sosial obyektlərin açılışlarda iştirak etdiyini, dövlətimizin başçısının rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinə yüksək qiymət verdiyini diqqətə çatdırıb.
Görüşdə MDB PA Şurası baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov, qurumun katibliyinin rəhbərinin müavini, MDB PA-nın demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktoru Dmitri Qladey çıxış edərək monitorinq qrupunun 8 il bundan əvvəl yaradıldığını və seçkilərin uzunmüddətli monitorinqini həyata keçirdiyini bildiriblər. Natiqlər oktyabrın 9-da Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinin Seçki Məcəlləsinə uyğun, tam ədalətli, demokratik və şəffaf keçiriləcəyinə əminliklərini ifadə ediblər. Qonaqlar cənub bölgəsində fəaliyyət göstərən seçki məntəqələrinin prezident seçkilərinə tam hazır olduqlarını bildiriblər.
Ekspert qrupu adından Lənkəran şəhər İcra Hakimiyyətinə “Tavriçeskiy dvoreç” kitabı hədiyyə edilib.
Öz növbəsində qonaqlara da Lənkəran haqqında kitab təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

