Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Yekaterinburqda azərbaycanlılara qarşı hücumlarla əlaqədar XİN-ə çağırılıb

Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Yekaterinburqda azərbaycanlılara qarşı hücumlarla əlaqədar XİN-ə çağırılıb

28.06.2025 [16:54]

İyunun 28-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-dən AZƏRTAC-a verilən məlumata görə, Rusiya tərəfinə iyunun 27-də həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

50 gün möhlət...

16 İyul 09:27

Analitik

Ədəbiyyat

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31