/ / Böyük Britaniyada nəşr edilən nüfuzlu “Diplomat” jurnalında “İlham: Bir Prezidentin portreti” kitabı haqqında məqalə dərc edilib
Böyük Britaniyada nəşr edilən nüfuzlu “Diplomat” jurnalında “İlham: Bir Prezidentin portreti” kitabı haqqında məqalə dərc edilib
18.09.2013 [09:32]
Böyük Britaniyada nəşr edilən nüfuzlu “Diplomat” jurnalının sentyabr-oktyabr buraxılışında “İlham: Bir Prezidentin portreti” kitabı haqqında məqalə dərc edilib.
AzərTAc xəbər verir ki, məqalədə kitab haqqında qısa məlumat verilib. Qeyd olunub ki, görkəmli tədqiqatçı Qreym Hovard Vilson tərəflindən ingilis dilində yazılmış kitabda Azərbaycanın qədim tarixindən, XX əsrin əvvəllərində əldə etdiyi dövlət müstəqilliyi və onun süqutundan, sovetlər dövründəki ictimai-siyasi proseslərdən, keçmiş SSRİ-nin süqutu ərəfəsində təcavüzkar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrindən, Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, ölkəmizdə həyata keçirilən çoxşaxəli inkişafın göstəricilərindən bəhs edilir.
Xalqımızın tarixi dövlətçilik ənənələri barədə məlumat verən müəllif yazır ki, Azərbaycanın geosiyasi mövqeyi zaman-zaman böyük güclərin bu bölgədəki maraqlarının toqquşmasına səbəb olub. Nəticədə Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı təcavüz halları baş verib. Tarixin bütün dövrlərində Azərbaycan xalqı müstəqil dövlət yaratmaq üçün bütün imkanlara malik olub, bu istiqamətdə dəyərli ənənələr yaradıb.
Kitabda XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri geniş təhlil edilir.
Müəllif yazır ki, Azərbaycan XX əsrin əvvəllərində qarşılaşdığı dövlətçilik böhranını həmin əsrin sonunda yenidən yaşayıb. Hər iki halda Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın dövlətçiliyinə qarşı yönəlmiş təcavüz kimi tarixə düşüb. 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan xalqını bəlalardan xilas edib. Ümummilli lider təcavüzkar Ermənistanı atəşkəsə məcbur edib, həyata keçirdiyi uzaqgörən neft strategiyası ilə region ölkələrinin kompleks inkişafı üçün yeni bir şərait yaradıb. Bu siyasətin uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Azərbaycan beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirib, bütün parametrləri ilə qüdrətlənib, xalqın rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Məqalədə həmçinin “Əsrin müqaviləsi”ndən bəhs edilib, müqavilənin Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlərin inkişafında böyük rol oynadığı vurğulanıb.
Kitabda Azərbaycan tarixinin müxtəlif dövrlərini, Ümummilli lider Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən nadir fotolar yerləşdirilib.
Qeyd edək ki, iyunun 17-də Londonda xalqımızın Ümummilli liderinin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev və Azərbaycanın yüksəlişi, enişi və yenidən dirçəlişi” adlı kitabın Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilmiş təqdimat mərasimində “İlham: Bir Prezidentin portreti” kitabı da tədbirə gələn qonaqlara təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

