Azərbaycan-Avropa İttifaqı əlaqələri genişlənir
26.07.2025 [12:50]
2025-ci ilin birinci yarısında Aİ ilə ticarət dövriyyəmiz 23 faiz artıb
Bu ilin birinci yarısında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 10 milyard 461,6 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət mübadiləsinin dəyəri 22,6 faiz çoxalıb. Ümumilikdə, son 1 il ərzində Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 24,2 faiz artaraq 9 milyard 38,8 milyon dollara, ittifaq ölkələrindən idxalın dəyəri isə 13,5 faiz artaraq 1 milyard 422,8 milyon dolları olub. Bu dövrdə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 70,2 faiz, ümumi idxalda payı isə 12,3 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Çexiya, Yunanıstan və İspaniya ilə formalaşıb. Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 6 milyard 241,9 milyon dollar, o cümlədən bu ölkəyə ixracın dəyəri 5 milyard 993,1 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 248,8 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 26,9 faiz, ixrac 27,5 faiz, idxal isə 15,2 faiz artıb. Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 767,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 320,3 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 447 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 9,1 faiz, ixrac 0,4 faiz, idxal isə 16,4 faiz artıb.
Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin dəyəri 485 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 450,8 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 34,2 milyon dollar təşkil edib. Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 397,2 milyon dollar, o cümlədən bu ölkəyə ixracın dəyəri 372,4 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 24,8 milyon dollar təşkil edib. Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 117,7 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 6 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 111,7 milyon dollar təşkil edib.
Pan-Avropa enerji təchizatçısı
Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi son dövrlərdə qarşılıqlı şəkildə artmaqdadır. İqtisadiyyat-ticarət, enerji, nəqliyyat və kommunikasiyalar sahələrində Azərbaycan-Aİ əməkdaşlığı durmadan artmaqdadır. Xüsusilə də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol daha da güclənir. Ötən 19 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə bu rəqəm 12 milyard, 2024-cü ildə isə 13 milyard kubmetr təşkil edib.
Bu, enerji qətiyyəti və şaxələndirmə Azərbaycanın Aİ coğrafiyasının əhəmiyyətli bir hissəsini yanacaqla təmin etməsini möhkəmləndirir və Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı artır. Hazırda Azərbaycanın qaz nəql etdiyi 12 dövlətin 10-u Aİ ölkələridir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.
Mövcud proqnozlara görə, 2025-ci ildə ölkəmizin Avropa regionuna ixracı 14 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən, 2027-ci illərdə ölkəmizin Avropaya qaz nəqli 20 milyard kubmetrədək artırılacaq. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək.
Yeni hədəf - Avropaya “yaşıl enerji” ixracı
Hazırda Azərbaycan Aİ ilə ticarət dövriyyəsinin daha da artırıması üçün çoxşaxəli ixrac xəritəsi üzərində işləyir və gələcək dövrdə əməkdaşlıqda qeyri-neft məhsullarının ixracının artırılması hədəflənib. Eyni zamanda, bərpaolunan enerji mənbələrinin ixracının təmin edilməsi nəzərdə tutulur. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu da bu prioritetləri əks etdirir. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihə Azərbaycanın külək və günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Avropaya nəqlini nəzərdə tutur. “Həmrəylik halqası” marşrutu sxeminə əsasən, Xəzər-Aİ “yaşıl enerji” dəhlizi Avropaya təhlükəsiz və etibarlı mənbədən bərpaolunan enerji resurslarını nəql etməklə, Azərbaycanın ixracının şaxələnməsini təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20

