/ / Bakı Dövlət Universitetinin Qubadakı yeni tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın genişləndirilmiş iclası keçirilib
Bakı Dövlət Universitetinin Qubadakı yeni tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın genişləndirilmiş iclası keçirilib
22.09.2013 [11:01]
Sentyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) Qubanın II Nügədi kəndindəki yeni tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın genişləndirilmiş iclası keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə toplantı iştirakçıları Ümummilli lider Heydər Əliyevin mərkəzin foyesindəki büstü önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açıb. Bildirib ki, 5 mərtəbəli mərkəzin inşasına 2011-ci ilin sentyabrında başlanılıb, bu ilin sentyabrında başa çatdırılıb. Eyni zamanda 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin 17 fakültəsində təhsil alan 20 min tələbə müxtəlif tədris təcrübələri keçəcək, müəllim və tələbələrin istirahəti təşkil ediləcək. Həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların keçirilməsi mümkündür. Bundan əlavə, mərkəzdə müxtəlif istiqamətlər üzrə laboratoriyalar təşkil olunub. Bütün bunlar müəllim və tələbələrin daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar yaradır.
Diqqətə çatdırılıb ki, Avropanın qabaqcıl universitetləri ilə rəqabət aparmaq istəyən və hazırda 86, o cümlədən 52 beynəlxalq proqram və qrant layihəsi həyata keçirən BDU-nun kollektivi yeni mərkəzin imkanlarından yararlanaraq bu layihələrin sayını daha da artırmaq, həmin mərkəzdə təhsil və elmi fəaliyyətlərə dair beynəlxalq tədbirlər keçirmək niyyətindədir. 200-ə yaxın elm adamının iştirak etdiyi iclasda ali təhsil sistemində islahatlar çərçivəsində tədris-təcrübə bazalarının rolu, mərkəzin strukturunun təsdiqi, fəaliyyəti və perspektivləri haqqında müzakirələr aparılıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın 2012/2013-cü tədris ilinin yay məktəbi və nəticələri haqqında məruzəsi elmi şuranın üzvləri tərəfindən yüksək qiymətləndirilib. Elmi şurada universitetin bəzi işçilərinə elmi adlar verilib və digər cari məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

