/ / Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə”yə müsahibəsindən sonra Rusiyadan ölkəmizə qarşı kütləvi informasiya kampaniyasına start verilib – BƏYANAT
Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə”yə müsahibəsindən sonra Rusiyadan ölkəmizə qarşı kütləvi informasiya kampaniyasına start verilib – BƏYANAT
02.09.2025 [12:45]
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir: “Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bildirir ki, avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib.
Monitorinq zamanı müəyyən olunub ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir.
Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır.
Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış feysbuk, instaqram və “X” kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib.
Kampaniyada diqqət çəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır.
Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini “Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir”.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55

