Kinematoqrafçılar da prezidentliyə namizəd cənab İlham Əliyevi dəstəkləyirlər
26.09.2013 [09:54]
“Bütün Azərbaycan vətəndaşları kimi, kino işçiləri də oktyabrın 9-da Sizin yekdilliklə yenidən dövlət başçısı seçilməyinizi arzulayırlar”
Məlum olduğu kimi, ölkəmiz mühüm bir siyasi proses-prezident seçkiləri ərəfəsindədir. Oktyabrın 9-da seçki məntəqələrinə gedəcək seçicilər növbəti 5 il üçün ölkəmizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirəcəklər. Prezident postu uğrunda 10 namizəd mübarizə aparsa da Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin bu seçkilərin də qalibi olacağı kimsədə şübhə doğurmur. Daha dəqiq desək, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər və cəmiyyətin ümumi rəyi bunu deməyə əsas verir. Yəni, xalqımız ötən 10 il ərzində əldə olunan uğurların davamlı olması üçün İlham Əliyevin növbəti 5 ildə də Azərbaycana rəhbərlik etməsini istəyir. Öz növbəsində ölkədə fəaliyyət göstərən ayrı-ayrı qeyri-hökumət təşkilatları, yaradıcı birliklər, həmçinin, ziyalılar və gənclər keçirdikləri toplantılarda cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər.
Bu istiqamətdə daha bir addım isə ölkənin kino xadimləri tərəfindən atılıb. Daha doğrusu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin Azərbaycan Prezidentinə ünvanladığı müraciətdə deyilir: “Hörmətli cənab Prezident, Azərbaycan xalqının tarixində çox mühüm və taleyüklü bir hadisə-ölkə prezidentliyinə seçkilər ərəfəsində Sizə ünvanladığımız bu müraciəti istərdik ki, məhz Sizin şəriksiz qələbənizə inanan kino xadimlərinin tükənməz inamının və ümidlərinin ifadəsi kimi qəbul edəsiniz. Azərbaycanın son illər, xüsusən, 2003-cü ildən bəri qazandığı siyasi, iqtisadi və mədəni nailiyyətlər göz qabağındadır. Siz əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf və tərəqqi strategiyasını uğurla davam etdirməklə mətin və cəsarətli siyasi lider kimi xalqımızın dərin hörmət və məhəbbətini qazanmısınız. Ölkəmizin iqtisadi və müdafiə qüdrətinin artması, elmin, təhsilin, səhiyyənin yüksələn xəttlə inkişafı, gənc nəslin sağlam ruhda böyüməsi üçün həyata keçirilən islahatlar vətəndaşların ölkə başçısına olan inamını, etibarını daha da artırıb və dövlətimizin idarəetmə sükanının etibarlı əllərdə olduğunu bir daha təsdiqləyib”.
Dövlət başçısının Azərbaycan kinosunun inkişafı, kino xadimlərimizin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də ardıcıl olaraq mühüm tədbirlər həyata keçirdiyi qeyd olunan müraciətdə bütün bunların cənab İlham Əliyevin mədəniyyətə, incəsənətə əvəzsiz qayğınızın göstəricisi olduğu bildirilir.
Müraciət aşağıdakı sözlərlə tamamlanır: “Hörmətli cənab Prezident, bütün Azərbaycan vətəndaşları kimi, kino işçiləri də oktyabrın 9-da Sizin yekdilliklə yenidən dövlət başçısı seçilməyinizi və doğma ölkəmizin qarşıdakı dövrdə də qazanacağı uğurların təminatçısı kimi görməyi arzulayırlar. Bu mühüm siyasi kampaniyada biz hamılıqla Sizi dəstəkləyirik. Biz qəlbimizdən keçənləri ifadə etməklə xoşbəxt gələcəyimizə, misilsiz qələbələrimizə və haqq işimizə səs verəcəyik”.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31

