“YARAT!” Müasir İncəsənət Məkanı “Zavod” layihəsini təqdim edib
06.10.2013 [16:02]
Oktyabrın 5-də “YARAT!” Müasir İncəsənət Məkanı “Zavod” layihəsini təqdim edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
AzərTAc xəbər verir ki, “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova layihə barədə məlumat verib. Bildirib ki, layihənin ərsəyə gəlməsi nəticəsində tədbir iştirakçıları neçə illərdir işini dayandırmış Bakı məişət kondisionerləri zavodunun canlandığını görürlər: “İlk baxışdan adi görünən zavodun daxilində sanki hansısa bir sirr, qüvvə vardır ki, bunu təsvir deyil, hiss etmək mümkündür. Məkanın seçilməsi də təsadüfi olmayıb. Çalışmışıq ki, gənc rəssamlar həm yaradıcılıq sərbəstliyi ilə əhatə olunsunlar, həm də belə bir məkanda işlərini təqdim etsinlər”.
Bu gün “YARAT!” Müasir İncəsənət Məkanının 2 yaşının tamam olduğunu deyən Aida Mahmudova bu müddətdə təşkilatı dəstəkləyənlərə, gənc rəssamlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Rəssam və kurator Faiq Əhməd sərginin əhəmiyyətindən və gənc sənətkarların böyük zəhmət və enerji ilə işə qatıldıqlarından danışıb.
“Zavod” layihəsi qeyri-muzey və alternativ məkanların seçilməsində “YARAT!” Müasir İncəsənət Məkanının yeni addımıdır.
Sərgi uzun illərdir fəaliyyətini dayandırmış Bakı məişət kondisionerləri zavodunda keçirilib. Layihədə 29 gənc rəssam və dizayner iştirak edib.
“YARAT!” qeyri-kommersiya təşkilatı artıq bir neçə dəfə eksperimental meydançalarda təşəbbüslərini həyata keçirib. Əvvəllər art-intervensiya və performanslar gəmi təmiri zavodunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı meydan və metronun “Gənclik” stansiyasının yaxınlığındakı tikintisi tamamlanmamış binada ərsəyə gəlib.
Sovet dövründə Bakıda istehsal olunan kondisionerlər Azərbaycan və qonşu respublikaların bütün sakinlərinin mənzillərinin sərinliyini təmin edib. Lakin SSRİ dağılandan sonra müəssisə fəaliyyətini dayandırıb. Boş istehsal sahələri və donmuş dəzgahlar rəssamların birgə səyi nəticəsində yenidən qısa müddətə də olsa canlanaraq, yeni dövrün rəngi və enerjisi ilə əvvəlki ab-havanı yaradıb.
Zavodun transformasiyasında Anar Şəmsiyev, Ruslan Ağazadə, Arif Əmirov, Arzuman Mirzəsoy, Aydan Mirzəyeva, Ayna Musayeva, Butunay, Çingiz Mehdiyev, Elturan Məmmədov, Elvin Nəbizadə, Emin Əzizbəyli, Fəxri Qurbanlı, Fəridə Rəcəbova, Fərhad Fərzəliyev, Fidan Abdullazadə, Günel & Zak, Həbib Səhər, İrina Berezina, Lalə Qasım, Mehriban Şəmsəddinskaya, Nərmin Hümbətova və Ali Hüseyn Bağırov, Nəzrin Məmmədova və Diana Haciyeva, Samir Salahov, Səyyarə Neymətova, Vüsalə Abdullayeva və Zamir Süleymanov iştirak ediblər.
“Zavod” layihəsi “YARAT!” təşkilatı tərəfindən düşünülüb və Venesiya Beynəlxalq Biennalesində və Şarja İslam İncəsənəti Festivalında Azərbaycanı təmsil edən istedadlı rəssam və kurator Faiq Əhmədin rəhbərliyi altında həyata keçirilib.
Layihəyə “ARTIM” gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində “Bank Technique” ASC sponsorluq edir.
Sərgi noyabrın 15-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

