Çin KİV-ləri Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə xəbərlərə geniş yer ayırırlar
11.10.2013 [10:14]
Xəbər verdiyimiz kimi, Çinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş prezident seçkilərinə böyük maraq göstərirlər. Belə ki, dünyanın ən böyük informasiya agentliklərindən biri olan “Sinxua”, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, 22 kanalı və bir milyard tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası - CCTV, 50-dən çox dildə yayımlanan Çin Beynəlxalq Radiosu, nüfuzlu “Global Times” qəzeti seçkilər barədə bir neçə dəfə xəbərlər yayıb, reportajlar yayımlayıblar.
“Sinxua” agentliyinin “Əliyev Azərbaycanda prezident seçkilərində qalib gəldi” başlıqlı xəbərində seçkilər barədə ətraflı məlumat verilib, seçicilərin, seçki məntəqələrinin, beynəlxalq və yerli müşahidəçilərin, veb-kamera quraşdırılmış məntəqələrin sayı, Mərkəzi Seçki Komissiyasının və “exit-poll” sorğularının nəticələri öz əksini tapıb. Qeyd edilib ki, İlham Əliyev ilkin nəticələrə görə, 85 faizə yaxın səslə qalib gələrək növbəti beş ildə ölkəyə rəhbərlik edəcək. Rəsmi rəqəmlərlə “exit-poll” sorğularının nəticələri demək olar ki, üst-üstə düşür. Müəllif Almaniyadan və Slovakiyadan olan beynəlxalq müşahidəçilərə istinadən yazır ki, səsvermənin gedişində ciddi bir qanun pozuntusuna rast gəlinməyib.
CCTV-nin Bakıya ezam olunmuş çəkiliş qrupunun səsvermə günü müxtəlif seçki məntəqələrindən, o cümlədən Prezident İlham Əliyevin səs verdiyi məntəqədən hazırladığı reportajlar televiziyanın müxtəlif kanallarında bir neçə dəfə yayımlanıb. Xəbər kanalı olan CCTV-13-də 3 dəqiqə 50 saniyəlik əsas reportajda isə seçki ilə bağlı dolğun məlumat verilib, səsvermə prosesindən, habelə əlverişli coğrafi məkanda yerləşən Azərbaycanın dinamik inkişafından, ölkədə həyata keçirilən yenidənqurma işlərindən söz açılıb. Həmçinin reportajda tamaşaçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib, Bakının tarixi və modern binalarının, işğal altındakı rayonların görüntüləri və seçicilərin fikirləri də yer alıb.
“Global Times” qəzeti əməkdaşlarının Azərbaycanın Pekindəki səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə prosesi barədə hazırladıqları məqalədə də prezident seçkiləri barədə ətraflı məlumat verilib.
Bundan başqa, Çin Beynəlxalq Radiosu və “Jenmin Jibao” qəzeti də seçkilər barədə bir neçə dəfə xəbərlər yayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

