Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Senator Rodney Ellis: Sizin Prezident seçilməyiniz xalqınız üçün etdiyiniz müstəsna xidmətlərin nəticəsidir

Senator Rodney Ellis: Sizin Prezident seçilməyiniz xalqınız üçün etdiyiniz müstəsna xidmətlərin nəticəsidir

11.10.2013 [10:24]

Sizin Prezident seçilməyiniz xalqınız üçün etdiyiniz müstəsna xidmətlərin nəticəsidir. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevi oktyabrın 9-da keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edən ABŞ-ın Texas ştatından olan senatoru Rodney Ellis deyib.
Texaslı senator Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi zamanı Azərbaycanda olduğunu bildirib, ölkəmiz haqqında bir çox şeylər öyrəndiyini diqqətə çatdırıb: “Mən Azərbaycanda olduğum müddətdə ölkəniz haqqında çox şeylər öyrəndim. Azərbaycanın ABŞ-la bir çox sahədə tərəfdaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur. Cənab İlham Əliyev mən Sizi üçüncü dəfə Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Mən əminəm ki, Sizin rəhbərliyinizin növbəti mərhələsində Azərbaycan daha da çiçəklənəcəkdir. Azərbaycan bu gün Sizin səyinizlə regionun nüfuzlu dövlətlərindən birinə çevrilməkdədir. Sonda bir daha Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm”.

Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31