/ / Volfqanq Qrossruk: Məsələlərin daha çox mənfi tərəfini qabartmaq artıq ATƏT/DTİHB-nin təbiətinə çevrilib
Volfqanq Qrossruk: Məsələlərin daha çox mənfi tərəfini qabartmaq artıq ATƏT/DTİHB-nin təbiətinə çevrilib
15.10.2013 [09:34]
“Seçkilərin texniki tərəfləri, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi sahəsində gözə çarpacaq qədər müsbətə doğru dəyişikliklər olub”
“Mən də ATƏT PA-nın Azərbaycanda prezident seçkilərini müşahidə edən missiyasında olmuşam. Qeyd edim ki, Azərbaycanda üç il əvvəl keçirilən parlament seçkilərində də iştirak etmişəm və o vaxt ATƏT PA-nın xüsusi koordinatoru vəzifəsini yerinə yetirirdim. Çox təəssüf edirəm ki, budəfəki seçkidən bir gün sonra keçirilmiş mətbuat konfransının belə xaotik şəkil alması müşahidə prosesində seçkilərə üç il bundan əvvəlkindən daha az ciddi yanaşıldığını göstərir”. Bu sözləri APA-nın Avropa müxbirinə Monteneqronun Budva şəhərində ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak edən avstriyalı deputat Volfqanq Qrossruk deyib.
V.Qrossruk bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu öz şərhlərində daha çox məsələlərin mənfi tərəflərini qabartmağa can atır və bu, artıq DTİHB-nin bir növ təbiətinə çevrilib: “Təəssüflə qeyd etməliyəm ki, bu qurum hər dəfə öz müşahidələrində daha çox qərb və Avropa mətbuatında dərc edilmiş qərəzli yazılara və fikirlərə söykənir, buradan yalnız mənfi elementləri götürməyə çalışır. Bu dəfə də belə oldu. Mən 1990-cı illərdən etibarən Azərbaycandakı seçkilərdə müşahidəçi qismində iştirak etmişəm və düzünü deyim ki, son zamanlar keçirilən seçkilərdə həqiqi irəliləyişə nail olunub. Seçkilərin texniki tərəfləri, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi sahəsində gözə çarpacaq qədər müsbətə doğru dəyişikliklər olub. Mən şəxsən seçkilərin keçirildiyi gün olduğum məntəqələrdə hansısa mənfi hadisənin şahidi olmadım. Bu seçkilər ümumilikdə yaxşı təşkil edilmişdi. Seçkilərdə baş vermiş saxtakarlıqlar haqda danışanda, əlbəttə ki, konkret faktlara söykənməliyik. Yəni, necə, harda, nə zaman, kimlər tərəfindən və s. DTİHB-in apardığı müşahidələrindəki qeyd və hesabatları isə heç vaxt konkret faktlara söykənmir və həmişə kimlərinsə haçansa söylədiklərini, nələrisə əsas götürürlər. Seçkilərdə bu və ya digər formada mənfi hadisələr bütün ölkələrdə baş verir. Misal üçün bu yaxınlarda Avstriyada keçirilmiş seçkilərdə də seçki komissiyasının rəhbəri ilə bağlı müəyyən qalmaqal olmuşdu. ATƏT-in isə ümumiyyətlə təşkilat olaraq seçkiləri müşahidə etməsindəki bu ikitirəlik dayandırılmalı və yeni metodlar işlənməlidir. Özü də bu, tək Azərbaycandakı seçkilərlə bağlı deyil, ümumiyyətlə DTİHB-nin seçkilərlə bağlı metodologiyasını dəyişmək lazımdır.
Çünki bu qurumun bu gün həyata keçirdiyi standartlar artıq 20 ildir aparılır. Dünya dəyişib, çox şey dəyişib, seçkilərdə baş verən əyriliklərin forması da dəyişilib. Belə bir vəziyyətdə yeni standartlar və metodologiyalar tapıb işləməliyik. Ən əsası isə ATƏT PA ilə DTİHB arasında yeni iş prinsiplərinə söykənən yeni münasibətlər yaradılmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

