/ / Müşfiqabad və Masazır qəsəbələrində məcburi köçkünlərin yeni hündürmərtəbəli yaşayış binaları kompleksinə köçürülməsi prosesi başa çatdırılıb
Müşfiqabad və Masazır qəsəbələrində məcburi köçkünlərin yeni hündürmərtəbəli yaşayış binaları kompleksinə köçürülməsi prosesi başa çatdırılıb
19.10.2013 [13:34]
Məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və bu Proqrama edilmiş Əlavələrə əsasən daha ağır şəraitdə yaşayan ailələrin vəziyyəti nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlər tərəfindən mənzil problemi ilə əlaqədar olaraq müxtəlif dövlət və hökumət orqanlarına, eləcə də Komitəyə edilmiş çoxsaylı müraciətlə bağlı bildirir ki, 2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadratmetr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilib. Bundan başqa, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilib, 490,6 kilometrlik yol, 644 kilometrlik su, 1059 kilometrlik hava elektrik, 310 kilometrlik qaz, 75,5 kilometrlik kanalizasiya, 20 kilometrlik istilik xətləri çəkilib, müxtəlif gücə malik 581 elektrik transformatoru quraşdırılıb.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb, 40 min ailənin - 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Artıq Qaradağ rayonunun Müşfiqabad, Abşeron rayonunun Masazır qəsəbələrində məcburi köçkünlər üçün salınmış yeni hündürmərtəbəli yaşayış binaları kompleksinə Bakı şəhəri ərazisində ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi prosesi başa çatdırılıb.
Bakı şəhəri və Abşeron rayonu ərazisində yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Dövlətqaçqınkom tərəfindən müvafiq tədbirlər görülür. Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində ilkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün 2014-cü ildə həmin ərazidə layihələndirmə işlərinə başlanılacaq. 2015-ci ildə yaşayış kompleksinin mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və s. daxil olmaqla texniki infrastrukturunun qurulması, 2016-cı ildə isə mənzillərin tikintisinin başa çatdırılaraq məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılacaq.
Qaçqınkom bir daha məcburi köçkünlərin diqqətinə çatdırır ki, onların problemlərinin həlli dövlətin və Komitənin gündəlik nəzarətindədir və bu sahədə işlər mərhələli şəkildə həyata keçirilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

