Avropanı bütövləşdirərkən
23.10.2013 [10:29]
2008-ci ilin yaz aylarında İsveç və Polşa Avropa İttifaqı (Aİ) ilə daha sıx əlaqələr qurmaq məqsədi ilə altı Şərqi Avropa qonşu ölkəsi ilə qarşı-qarşıya Aİ naminə daha iddialı siyasətə - Şərq Tərəfdaşlığı üzərində işə başlamışdır.
Hal-hazırda, 5 il sonra və Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığının III Zirvəsi ərəfəsində bizi və digər yüksək səviyyəli İsveç və Polşa nümayəndələrini Kişinyov, Kiyev, Tiflis, Bakı, Yerevan və Minsk kimi bütün Şərq Tərəfdaşlığı üzv ölkələrinin paytaxtlarına aparacaq birgə səyahətə başlayacağıq.
İlk çatdıracağımız məlumat artıq əldə etdiklərimiz ilə bağlı olacaqdır: Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya Sazişi, Dərin və Hərtərəfli Azad Ticarət Zonaları üzərində işi bitirmişik. Həmin müqavilələrin imzalanması Aİ ilə daha sıx və dərin əməkdaşlığa səbəb olacaqdır. Viza Rejiminin Sadələşdirilməsi haqqında bir sıra sazişlər imzalamışıq. Sonuncu saziş Ermənistanla imzalanmışdır. Həm orada, həm burada Avropa islahatlar sahəsində irəliləyiş müşahidə etmişik. İşin böyük bir hissəsi quru mətnlər və uyğunlaşmış bürokratik standartlar ətrafında gedərkən biz ticarət və səyahət üçün addım-addım real qapılar açmışıq.
İkinci mesajımız Şərq Tərəfdaşlığı üçün ediləsi və çatdırılmalı olan ehtiyaclar haqqında olacaqdır. Bunun həyata keçməsi üçün tərəfdaş ölkələrimizin ümumi dəyərlərə güclü tərəfdarlıqlarına ehtiyacımız vardır. Həmçinin, yeni imkanlar yaratmaq üçün cəmiyyətin bütün təbəqələrinin birgə səylərinə də ehtiyac duyuruq. Real transformasiya yalnız dəyişikliklər xeyrinə qərar verən ölkələrdə baş tutacaqdır.
Biz Belarusun siyasi məhbuslarının azad edilməsi tələbimizdə israrlıyıq və tərəfdaşlarımızı selektiv ədalət təcrübəsində şəffaflığı qorumağa çağırırıq. Biz demokratiyanın geri çəkilməsindən narahatıq. Və hələ də Avropa İttifaqına Vilnüsdə Assosiasiya Sazişi imzalamağa imkan yaradacaq son addımı atmaq üçün tərəfdaşlığın ən əsas boyun qaçıran tərəfi, Ukraynanı gözləməkdəyik.
Şərqi Avropaya tez-tez səfər etdiyimizə görə, bəzi işlərin elə də asan olmadığından xəbərdarıq. Avropa İttifaqının xahişləri qurban verməyə və hətta bəziləri üçün itkilərə səbəb ola bilər. Eyni zamanda, biz gəlirlərin daha böyük olacağına və səylərin əbəs yerə getməyəcəyinə inanırıq.
Bütün tədqiqat və təcrübə hər zaman Avropa İttifaqı ilə yaxın münasibətlərin əhəmiyyətli dərəcədə gəlirlər gətirəcəyini göstərir. Biz 2004-cü ildə Aİ-yə qoşulan ölkələrdə bunu müşahidə etmişik, məsələn, Polşanın İsveçlə ticarəti illər ərzində bu sayı təxminən iki dəfə artırdı. Buna, Avropa İttifaqı ilə yaxın iqtisadi əlaqələrin dəstəyi ilə iqtisadi möcüzəyə malik olan Türkiyədə şahid olmuşuq. Bunu, Avropa İttifaqının təklifi ilə yeni müqavilələr imzalayan və tam istifadə edən Şərqi Avropa tərəfdaş ölkələrində yenidən görəcəyimizə ümid edirik.
Aİ ilə daha sıx inteqrasiya islahatların həyata keçirilməsinə zəmin yaradacaqdır. Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşma prosesi qıcıqlandırıcı ola bilər, lakin onun sayəsində ölkədən ölkəyə firavanlığın yüksəldiyini, gəlir səviyyəsinin yüksəldiyini və sıravi vətəndaşların həyatlarının inkişafında yardımçı olduğunu görmüşük. Avropa İttifaqı əlbəttə ki, kömək etməyə hazır olacaqdır. 2013-cü ildə tərəfdaş ölkələri üçün 600 milyondan avro məbləğindən artıq məbləğ mövcuddur. Daha çox islahat aparıldıqca dəstək də artacaq.
Bunların heç biri altruizm və ya sıfır məbləğli oyunun bir hissəsi deyildir. Stabil, firavan və təhlükəsiz ölkələr, Rusiyaya yaxşı qonşuluq etdiyi kimi, bizə də daha yaxşı qonşu olacaqlar. Səyahət zamanı Avropa İttifaqına inteqrasiyadan imtina etmək məqsədi ilə uzaqgörməyən xarici təzyiq mövzusu olan tərəfdaşlara öz güclü həmrəyliyimizi təkrarlayacağıq.
Ümidvarıq ki, Vilnüsdə keçiriləcək Zirvə nailiyyət sammiti olacaqdır. Eyni zamanda, bu, Avropa İttifaqı ilə Şərqi Avropa ölkələri arasında dərin inteqrasiyanın başlanğıcına işarədir. Bu hamımız üçün xeyirli olacaqdır. Biz qoşulmaq və bütün meyarları həyata keçirməyə hazır olan hər hansı Avropa ölkəsi üçün Avropa İttifaqına qapının açıq saxlanmasının vacibliyinə inandıqca, səyahət ərzində bizim son mesajımız mücərrəd vəd deyil, hərəkət etmək üçün praktiki təşviq olacaqdır.
Şimal-qərbdə Minskdən cənub-şərqdə Bakıya qədər hər kəs anlamalıdır ki, gələcək Varşava, Stokholm və ya Brüsseldə deyil, məhz orada qərara alınacaqdır. Şərq Tərəfdaşlığı ölkələri üçün məntiq çox sadədir: onların Avropa İttifaqı ilə münasibətlərinin dərinliyi onların iştirakının fəallığından başqa heç nə ilə müəyyən edilməyib. Avropa islahatının daha inandırıcı gündəliyi, Avropa İnteqrasiyası yolunun daha iddialı olması həqiqətən də bütöv və azad olan Avropanı bizə daha realistik göstərir.
Redaksiyadan:
Müasir beynəlxalq münasibətlər sisteminin suveren və nüfuzlu aktoru olan Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avroatlantik məkana inteqrasiya təşkil edir. Dövlətimiz məhz bu cür paritet inteqrasiyanın fonunda Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanın Avropa məkanına inteqrasiyası həm də ölkəmizin bəhs olunan region dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığına söykənir. Azərbaycan əksər Avropa dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Bununla yanaşı, Avropa təsisatları ilə əməkdaşlıq müxtəlif tərəfdaşlıq proqramları kontekstində də davam etdirilməkdədir. Buna paralel olaraq ölkəmizdə ictimai-siyasi, hüquqi və humanitar sahələri əhatə edən sferalarda dərin islahatlar həyata keçirilməkdədir ki, bu da Azərbaycanın bəhs edilən təsisatlarla əməkdaşlıq münasibətlərinin ruhuna uyğundur.
Sirr deyil ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində, Dağlıq Qarabağ münaqişəsi meydana çıxmışdır. Bu münaqişə regional və beynəlxalq təhlükəsizliyə təhdid olmaqla yanaşı, beynəlxalq hüquq normalarının da kobud surətdə pozulmasını göstərir. İşğal faktı dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə tanınmış və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi beynəlxalq miqyasda xüsusi zərurət kimi qəbul edilmişdir. Bunun fonunda Azərbaycan beynəlxalq təşkilatlardan, bütövlükdə, dünya ictimaiyyətindən Dağlıq Qarabağ münaqişəsində tam ədalətli mövqe sərgilənməsini gözləyir. Dünya ictimaiyyəti, eləcə də, milli dövlətlər və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində müvafiq addımlar atmalıdırlar. Həmçinin, Avropa ölkələri və Avropanın müvafiq təsisatları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə xüsusi diqqət yetirməlidirlər. Əminliklə qeyd etmək olar ki, Avropanın bu istiqamətdəki səy və cəhdləri hazırkı situasiyanın fonunda yetərsiz və qeyri-qənaətbəxşdir. Azərbaycan ictimaiyyəti də belə bir qənaətdədir ki, artıq 20 ildir, regional təhlükəsizliyə, Cənubi Qafqazda inteqrasiyanın inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi böhranlı vəziyyətin həllinə biganə yanaşılır. İctimaiyyətin yekun qənaəti budur ki, bütünlüklə, problemlər içində olan Ermənistanın cəhalət və ekspansiya təhlükəsinin qarşısının alınmasında tətbiq edilən bulanıq standartlar müasir demokratiyanın “klassik”ləri üçün getdikcə əsas meyara çevrilir.
Danılması mümkün olmayan həqiqətdir ki, ölkəmiz qısa müddətdə Avropa üçün böyük işlər görüb. Cənubi Qafqazın tranzit potensialının dinamik artımı hesabına - hansı ki, iqtisadi yüklənmənin 70%-i Azərbaycanın payına düşür - köhnə qitənin bölgədə inteqrasiya potensialı yüksəlib. Amma buna baxmayaraq, bir sıra hallarda Azərbaycan dövlətinə qarşı müşahidə olunan ədalətsizlik cəmiyyətimizdə haqlı narazılıq doğurur. Ona görə də, Azərbaycan cəmiyyətində beynəlxalq təşkilatlarla münasibətlərdə rasional dəyişikliklər edilməsinə tərəfdar çıxanların sayı durmadan artır.
Bununla belə, qeyd olunması zəruridir ki, xarici siyasətin müstəqilliyi Azərbaycanın həyata keçirdiyi strateji kursun əsasını təşkil edir. Ölkəmizin hər hansı bir qurumdan, yaxud siyasi orientasiyadan asılı olmayan xarici siyasət yürütməsi suverenlik prinsipinin bundan sonra da rəhbər tutulacağını deməyə əsas verir.
Qeyd: Oxucuların nəzərinə çatdırırıq ki, “Yeni Azərbaycan” qəzetinin 22.10.2013-cü il tarixli sayında dərc edilmiş “Avropanı bütövləşdirərkən” sərlövhəli yazının müəllifləri Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski və İsveç Krallığının xarici işlər naziri Karl Bildtdir. Anlaşılmazlıq səbəbi ilə müəlliflərin adı düzgün qeyd edilmədiyi üçün yazını təkrar dərc edirik.
Karl Bildt
İsveç Krallığının
xarici işlər naziri,
Radoslav Sikorski
Polşa Respublikasının
xarici işlər naziri
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

