Naxçıvanda Beynəlxalq seminar öz işinə başlayıb
29.10.2013 [09:32]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə) ikigünlük beynəlxalq seminar oktyabrın 28-də öz işinə başlayıb.
Seminar iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, əziz xatirəsini yad ediblər.
Tədbirin açılışında Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan MR-də aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib.
Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) İdarə Heyətinin sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Naxçıvanda aparılan islahatlara diqqət çəkərək qeyd edib ki, vaxtı ilə Ümummilli lider, bu gün isə Prezident İlham Əliyevin apardığı islahatların məntiqi davamı olaraq Naxçıvan MR-də də məhkəmə-hüquq islahatları bütün istiqamətlərdə davam edir.
AHK sədri muxtar respublikada məhkəmə-hüquq islahatlarının çox yüksək səviyyədə həyata keçirildiyini qeyd edərək, qanunun aliliyinin qorunmasında aparılan işləri yüksək qiymətləndirib. O, seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, Naxçıvan MR-in hakimlərinin və eyni zamanda hüquq-mühafizə orqanlarının nümayəndələrinin də iştirak etdiyi tədbir İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer belə bir mötəbər beynəlxalq tədbirin Naxçıvan MR-də keçilməsindən və özünün də ilk dəfə Naxçıvanda olmasından məmnun qaldığını qeyd edib. O, Almaniya Federal Ədliyyə Nazirliyinin ekspertlərini təqdim edərək, qonaqların da ilk dəfə Naxçıvan MR-də olmasını vurğulayıb. Yüksək qonaqpərvərliyə və seminarın çox yüksək səviyyədə təşkilinə görə bütün təşkilatçılar adından minnətdarlığını bildirib.
Açılış nitqindən sonra “Konvensiyanın yaranma tarixi, məzmunu və beynəlxalq-hüquqi əhəmiyyəti”, “Fərdi şikayətlər və bu şikayətlər üzrə icraat”, “Konvensiya pozuntusunun yoxlanılması qaydası” mövzuları ətrafında məruzələr dinlənilib. Mövzu üzrə Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, almaniyalı ekspert professor Mixaela Vittinqer çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Otto Mallmann, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa çıxış ediblər.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
Beynəlxalq seminarda Naxçıvan MR Ali Məhkəməsinin və rayon məhkəmələrinin hakimləri, Naxçıvan MR prokuroru, Naxçıvan MR Ombudsmanı iştirak ediblər.
Seminar işini oktyabrın 29-da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

