/ / Parisdə Azərbaycanın sədrliyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin büro iclası keçirilib
Parisdə Azərbaycanın sədrliyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin büro iclası keçirilib
30.10.2013 [09:38]
Oktyabrın 28-də Parisdə UNESCO-nun mənzil qərargahında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən büro iclasında dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına dair məlumat təqdimatı olub.
Ə.Qarayev yığıncaqla əlaqədar AzərTAc-ın xüsusi müxbirinə verdiyi müsahibəsində deyib: “Bu gün Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin büro iclasında çox ciddi məsələlər müzakirə olunmuşdur. Müzakirələr zamanı komitənin dekabr ayında Bakıda keçiriləcək yubiley sessiyası barədə ətraflı məlumat dinlənilmiş, yığıncağa hazırlıqla bağlı geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycan nümayəndə heyəti lazımı sənədləri təqdim edərək sessiyaya hazırlığın artıq başa çatdığını bildirmişdir”.
Nazir bildirib ki, iclasda bəzi ölkələrdə acınacaqlı vəziyyətdə olan ənənələr, tarixi abidələr, qeyri-maddi mədəni irs nümunələri və onlara UNESCO tərəfindən göstəriləcək maddi yardımlar da müzakirə olunub. Mali, Keniya, Vyetnam və Uqandaya yardım göstərilməsi qərara alınıb.
Nazir deyib ki, artıq bu cür beynəlxalq təşkilatlar qərarlar qəbul edərkən Azərbaycanın sözünü eşidirlər və ölkəmiz bu qərarların qəbul olunması ilə bağlı keçirilən yığıncaqlara sədrlik edir. Əlbəttə, bu, ölkəmizin dünyanın mötəbər təşkilatlarından biri olan UNESCO ilə əlaqələrinin yüksək səviyyədə olmasından və qurumdakı fəallığından xəbər verir. Bütün bunların arxasında böyük zəhmət durur. Bu zəhmətin əsasını sözsüz ki, Prezident İlham Əliyevin şəxsən beynəlxalq münasibətlərə, ölkəmizin dünyada imicinin yüksəlməsinə diqqəti və bununla bağlı davamlı siyasəti təşkil edir. Eyni zamanda, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizi tanıtmaq istiqamətində UNESCO-da, eləcə də Fransada təşkil etdiyi müxtəlif tədbirlər belə nəticəyə gəlməyə imkan verir ki, Azərbaycanın nüfuzu hər yerdə yüksəkdir. Bunlar olmadığı təqdirdə bu gün Azərbaycanın güclü bir mövqedən çıxış etməsi mümkün olmayacaqdı.
Yığıncaqda Bakıda keçiriləcək sessiyanın gündəliyi, iştirakçıların qəbulu, yerləşdirilməsi, komitənin strukturu və fəaliyyəti barədə məlumat verilib.
Azərbaycanın paytaxtı Bakı şəhərinin ümumi görünüşünün, tarixi abidələrin, milli rəqslərin, turizm məkanlarının, milli mətbəx nümunələrinin, qədim çovkan oyununun əks olunduğu film nümayiş etdirilib.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun baş direktoru İrina Bokova ilə də görüşüb. Nazir Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın salamlarını İrina Bokovaya çatdırıb və baş direktoru dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək Hökumətlərarası Komitənin 8-ci sessiyasına dəvət edib.
Görüşdə sessiyanın gündəliyində duran məsələlər müzakirə edilib, Azərbaycan hökuməti ilə UNESCO arasında cari ilin iyul ayında imzalanan Çərçivə Sazişindən irəli gələn məsələlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
UNESCO-nun iki ildə bir dəfə Bakıda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna tərəfdaşlığı və bu tərəfdaşlığın müxtəlif aspektləri müzakirə edilib.
Görüşdən sonra UNESCO-nun baş direktoru İrina Bokova və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasının 10 illiyinə həsr olunan sərginin açılışında iştirak ediblər.
Qeyri-maddi mədəni irsin davamlı inkişafından bəhs edən sərgidə dünyanın müxtəlif bölgələrindən olan qeyri-maddi elementlər nümayiş etdirilib.
Sərginin açılışında çıxış edən baş direktor İrina Bokova qeyri-maddi mədəni irsin vacibliyi, onun insanlar arasında sülh və dialoqun təşviqi, habelə davamlı inkişafa nail olunmasında xüsusi rolundan söhbət açıb, Bakıda keçiriləcək Hökumətlərarası Komitənin iclasına istinad edib, bu məsələdə dəstəyinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib.
Əbülfəs Qarayev ölkəmizin UNESCO ilə əməkdaşlığa önəm verdiyini, xüsusilə qeyri-maddi mədəni irsin qorunması sahəsinə diqqət göstərdiyini vurğulayıb, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilatın ideallarının dünyada təbliğ edilməsi istiqamətindəki fəaliyyətini diqqətə çatdırıb.
Qeyri-maddi mədəni irsin mədəniyyətlərin yaxınlaşmasında təsirli bir alət olduğunu bildirən nazir bu məsələni UNESCO-nun daim diqqətdə saxlamasının vacibliyini qeyd edib.
Sonda Ə.Qarayev vurğulayıb ki, UNESCO-nun ən mühüm konvensiyalarından biri hesab edilən 2003-cü il Konvensiyasının 10 illik yubileyi tədbirinə nümayəndə heyətimizin dəvət olunması qurumda Azərbaycana olan böyük hörmət və ölkəmizin təşkilatdakı nüfuzundan irəli gəlir.
Xəbər lenti
Hamısına baxİdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55

