/ / Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 90 illiyi münasibətilə rəsmi qəbul təşkil edib
Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 90 illiyi münasibətilə rəsmi qəbul təşkil edib
30.10.2013 [09:45]
Oktyabrın 29-da Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 90 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir İsmail Alper Coşkun Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.
Daha sonra ikitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu xüsusi vurğulayan İsmail Alper Coşkun deyib ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradıb.
Azərbaycanın və Türkiyənin tarixinə qısa nəzər salan səfir qeyd edib ki, Ümummilli lider Heydər Əliyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində misilsiz rol oynayıb. Bildirilib ki, bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olub və ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilib. Türkiyəli iş adamları da qardaş Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi üçün səylərini əsirgəmirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulayıb. O deyib ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Prezident İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edib, qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. İki ölkə arasındakı mövcud münasibətlərdən danışan Abid Şərifov elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu söyləyib. O vurğulayıb ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olub. Ulu öndərlərin - Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olub.
Baş nazirin müavini bildirib ki, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri alıb, qardaşlıq əlaqələrimiz daha da möhkəmlənib. Türkiyə və Azərbaycan eyni kökə, tarixə, mədəniyyətə söykənən sarsılmaz münasibətlər qurublar. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir.
Abid Şərifov Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirib.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycanda həyata keçirilən bir sıra strateji layihələrdə Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bu da hər iki ölkənin iqtisadiyyatının inkişafına xidmət edir. Abid Şərifov deyib: “Biz türkiyəli iş adamlarının ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndiririk. Hesab edirik ki, qardaşlıq münasibətlərimiz gələcək nəsillər tərəfindən də davam etdiriləcək”.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, türkiyəli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54

