“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda regional təlim keçirilib
31.10.2013 [09:34]
Oktyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Muzey xidməti ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva iştirakçıları salamlayıb. Bildirib ki, təlim Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və UNESCO-nun birgə layihəsi çərçivəsində MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Muzeylərin idarə olunması - XXI əsr: UNESCO/İCOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü” regional təlimlərinin davamı olaraq təşkil edilib.
Günay Əfəndiyeva deyib ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Bu əlaqələrin genişləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın əvəzsiz xidmətləri var.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Rusiya Federasiyasının muzey direktorları iştirak edirlər. Belə tədbirlərin ölkəmizdə keçirilməsinin çox önəmli olduğunu vurğulayan Sevda Məmmədəliyeva qeyd edib ki, bu cür treninqlər gələcəkdə də davam etdiriləcək.
Tədbirdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, AMEA-nın vitse-prezidenti, akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, Azərbaycan, Belarus, Ermənistan, Moldova respublikaları və Rusiya Federasiyası üzrə UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Moreva Lyubava və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva regional təlimin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, regional tematik təlimin məqsədi yerli tarixi-etnoqrafiya muzeylərinin sosial rolunun gücləndirilməsi, muzeylərin ekspozisiya-sərgi fəaliyyətinə müasir standartların tətbiqi və muzey işçilərinin işinin yaxşılaşdırılması, keyfiyyətli muzey xidmətlərinin göstərilməsidir.
Qeyd olunub ki, muzeylər arasında əməkdaşlıq və informasiya mübadiləsi, muzey işi sahəsində mütəxəssislərin hazırlanması, peşə etikası məsələlərinin daimi müzakirəsi çox vacibdir.
Tədbirdə muzeylərin ümumdünya mədəni dəyərlərinin mühafizəsi və bu sahədə hər hansı qanunsuz fəaliyyətin qarşısının alınması yolları ətrafında müzakirələr aparılıb.
Rəsmi hissənin sonunda xatirə şəkli çəkdirilib.
Sonra treninq iştirakçıları “Ekosfera” Sosial-Ekoloji Mərkəzdə “Qeyri-maddi mədəni irsin qorunması - muzey və yerli icma” və “İnteraktiv tədris muzeyi” mövzularında sessiyalara qatılıblar.
Tədbir başa çatdıqdan sonra treninq iştirakçıları Şəki şəhərinə yola düşüblər.
Xəbər lenti
Hamısına baxElm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22

