Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Böyük Britaniyanın Suffolk Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Böyük Britaniyanın Suffolk Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

02.11.2013 [10:54]

Paytaxtımızda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Suffolk Universitetinin nümayəndələri Azərbaycan Dillər Universitetində (ADU) olublar.
ADU-dan AzərTAc-a bildiriblər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın ali təhsil müəssisələri ilə əlaqələrə toxunub və bu ilin əvvəlində ADU-nun nümayəndə heyətinin Suffolk Universitetində olan görüşlərini xatırladıb. S.Seyidov ADU-nun beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd edib.
III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda olmaqdan məmnunluqlarını vurğulayan qonaqlar ölkəmiz, o cümlədən Bakı haqqında böyük təəssüratlarının olduğunu bildirib, respublikamızın bölgələri və tarixi yerləri, xalqımızın qonaqpərvərliyi haqqında söz açıblar.
Görüşdə Forum çərçivəsində keçirilən “dəyirmi masa”da müzakirə olunacaq mövzular haqqında fikir mübadiləsi aparılıb. Distant təhsillə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, tərəflər beynəlxalq əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüblər.
Sonda ADU və Suffolk Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31