Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Anatoli Raxanskiy: Azərbaycan Beynəlxalq Humanitar Forumun keçirilməsi üçün ən layiqli ölkədir

Anatoli Raxanskiy: Azərbaycan Beynəlxalq Humanitar Forumun keçirilməsi üçün ən layiqli ölkədir

05.11.2013 [09:46]

Azərbaycan Beynəlxalq Humanitar Forumun keçirilməsi üçün ən layiqli ölkədir. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də Forumda dünyanın bir çox ölkələrindən çoxsaylı nümayəndələr, o cümlədən tanınmış ictimai-siyasi xadimlər, Nobel mükafatı laureatları iştirak ediblər. Prezident İlham Əliyev Forumun açılışında gözəl nitq söyləyib.
AzərTAc xəbər verir ki, bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Ukraynanın xalq deputatı, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Ukrayna Mühəndislik Akademiyasının, BMT yanında Beynəlxalq İnformatizasiya Akademiyasının müxbir üzvü Anatoli Raxanskiy Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Azərbaycanı çoxdan tanıdığını, ölkəmizdə prezident seçkilərində üç dəfə müşahidəçi qismində iştirak etdiyini deyən ukraynalı deputat sonuncu seçkilərin də azad, demokratik və şəffaf şəraitdə keçdiyini vurğulayıb. A. Raxanskiy bildirib ki, Azərbaycan xalqı ölkənin gələcəyinə inanır, Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir. Məhz bunun nəticəsidir ki, oktyabrın 9-da keçirilmiş seçkilərdə İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Prezident seçilib. Çox şadam ki, Azərbaycanın müdrik xalqı özünə yenidən müdrik rəhbər seçib.
Şəkiyə ilk dəfə gəldiyini, şəhərin abad, səliqəli, insanların şən və gülərüz olduğunu vurğulayan ukraynalı qonaq bildirib ki, üzlərindəki təbəssümdən onların rifahının günbəgün yaxşılaşdığı hiss olunur. Elə buna görə də xaricdən nümayəndələr Azərbaycana böyük məmnuniyyətlə gəlirlər.

Paylaş:
Baxılıb: 1021 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31