/ / Bakıda “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Bakıda “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans işə başlayıb
05.11.2013 [09:48]
Noyabrın 4-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, iki günlük konfransda müxtəlif ölkələrin dövlət qurumlarının, neft-qaz şirkətlərinin təmsilçilərindən, ekologiya sahəsində fəaliyyət göstərən alimlərdən və aparıcı mütəxəssislərdən ibarət 250 nəfərlik nümayəndə heyəti iştirak edir.
Konfransı açan ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd regionun davamlı inkişafı üçün ətraf mühitin cari vəziyyətinin kompleks təhlilini vermək, ətraf mühitin müxtəlif komponentlərinin tədqiqində yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək, ətraf mühitin mühafizəsi üzrə təkliflər işləyib hazırlamaq, yaxın on il üçün ətraf mühitin inkişaf dinamikasına dair proqnozlar verməkdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın rəhbəri Leyla Əliyevanın konfrans iştirakçılarına müraciəti oxunub.
Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları!
“Neft sənayesində ətraf mühit məsələlərinə qlobal baxış” adlı beynəlxalq konfransın iştirakçılarını salamlamaqdan məmnunluq duyuram.
Qlobal ekoloji problemlər qlobal baxış tələb edir. Dünyada ekoloji problemlərin doğurduğu narahatlıq hər birimizi dərindən düşünməyə vadar edir. Təbiəti daha səmərəli, daha güclü mühafizə etmək üçün innovativ yanaşmalara daim ehtiyac duyulur.
IDEA ətraf mühitin mühafizəsi üçün beynəlxalq dialoq qurmağa çalışır. Təbiətə ziyan vurmamaq üçün ekoloji problemlərin həllinə “yaşıl düşüncə” ilə yanaşmanı və təbliğ etməni fəaliyyətimizin əsas prinsipi sayırıq.
Ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların birləşdirici, ümumi həyat fəlsəfəsinə çevrilməlidir. IDEA ekoloji maarifləndirməni gücləndirmək üçün yeni layihələr üzərində işləyir. Planetimizin gələcək ekoloji vəziyyəti bugünkü nəslin düşüncəsindən asılı olaraq yaranacaqdır.
Şübhəsiz ki, ekologiya haqqında düşünmək gələcək haqqında düşünmək deməkdir. Baş verən demoqrafik dəyişikliklər, sənayenin genişlənməsi, insanların təbiətə təsirinin artması ekoloji məsuliyyəti dövrün əsas çağırışına çevirir. Ətraf mühitin mühafizəsinə diqqəti artırmaq üçün imkanlarımızı səfərbər etməliyik.
Çox şadam ki, bu konfrans qlobal ekoloji problemlərin həll yollarının müzakirəsi üçün yeni platforma açır.
Konfransın işinə uğurlar arzulayıram!
Hörmətlə,
Leyla Əliyeva,
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının rəhbəri”.
Daha sonra ARDNŞ-in ətraf mühitin qorunması ilə bağlı gördüyü işlər haqqında videoçarx nümayiş etdirilib.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev konfransda çıxış edərək ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən layihələrdən və görüləcək işlərdən danışıb.
R.Abdullayev belə tədbirlərin neft-qaz sənayesinin yaratdığı ekoloji problemlərin həllində əhəmiyyətli rol oynayacağını bildirib.
Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən ARDNŞ-in prezidenti ətraf mühitin qorunması məsələlərinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Bakı və Sumqayıt şəhərlərində ətraf mühitin mühafizəsi istiqamətində bir sıra layihələrin həyata keçirildiyini deyən R.Abdullayev belə tədbirlərin insanların ekoloji tərbiyəsində də mühüm rol oynadığını diqqətə çatdırıb.
ARDNŞ-in prezidenti deyib ki, Azərbaycanda neft hasilatının ilk illərindəki təcrübəsizlik nəticəsində ekologiyaya böyük ziyan dəyib. Bu gün mədən sahələrində neft məhsulları ilə çirklənmiş 1300 hektar ərazi rekultivasiya edilərək abadlaşdırılıb. Bərpa edilmiş ərazilərdə 600 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilib. Gələcəkdə bərpa olunacaq ərazilərin yaşıllaşdırılması və meşə zolaqlarının salınması məqsədi ilə ekopark layihəsi həyata keçirilib. Eyni zamanda, Qaradağ rayonu ərazisində yaradılacaq neft-qaz müəssisələrində ən müasir avadanlıq quraşdırılacaq, Bakıdakı və Sumqayıtdakı köhnə müəssisələr ləğv ediləcək.
ARDNŞ-in prezidenti Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər, xüsusilə bp ilə ətraf mühitin mühafizəsi istiqamətində sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
Daha sonra Rövnəq Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş bp-nin təhlükəsizlik və risk əməliyyatları üzrə vitse-prezidenti Robert Aleksandr Vatta yüksək mükafatı təqdim edib.
Robert Aleksandr Vatt onu bu medala layiq gördüyü üçün Prezident İlham Əliyevə təşəkkür edib. O, ARDNŞ ilə bp arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyindən əminliyini bildirib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov son 10 ildə ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı böyük işlərin görüldüyünü deyib. Nazir bildirib ki, son 10 ildə Azərbaycanda 8 milli park yaradılıb. Daha bir parkın yaradılması ilə bağlı işlər isə davam etdirilir. Mühafizə olunan ərazilərin sahəsi 400 min hektardan 1 milyon hektara çatdırılıb, milyonlarla ağac əkilib. Son 3 ildə Azərbaycanda salınan zeytun bağlarının sayı sürətlə artıb.
Azərbaycanda ətraf mühitin qorunmasına dövlət tərəfindən xüsusi qayğı göstərildiyini söyləyən nazir Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
bp Qrupunun Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri, Risk, Təlim və Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik, Ətraf Mühit bölməsinin rəhbəri Stiv Flinn Azərbaycanda ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirib. O, ətraf mühitin qorunması məsələsində insanların üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, “Global Counsel” təşkilatının sədri Peter Mandelson Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını deyib.
Keçmiş sovet ölkələri arasında Azərbaycanın inkişafının daha çox diqqəti cəlb etdiyini deyən P.Mandelson nailiyyətlərin qazanılmasında uğurlu tərəfdaşlığın da payının olduğunu bildirib, ARDNŞ ilə bp arasında əməkdaşlığı nümunə kimi qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Böyük Britaniya parlamentinin üzvü yaxın gələcəkdə bu problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə neft sənayesində ətraf mühitin mühafizəsi üzrə ən yeni texnologiyanın tətbiqi və bu sahədə əldə olunmuş nailiyyətlər, neft-qaz sənayesinin inkişafı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası, neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma və digər mövzular müzakirə olunub.
Konfrans işini sessiyalarla davam etdirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55

